970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL-a 30 illik beynəlxalq təcrübəsi olan rəhbər gətirildi

30 illik aviasiya təcrübəsi ilə AZAL-a gəldi. “TAP Air Portugal”dan AZAL-a - Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL-a 30 illik beynəlxalq təcrübəsi olan rəhbər gətirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Hava Yollarının alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib. O, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək.

Marja.az AZAL-a istinadən xəbər verir ki, Mario Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O, 2023-cü ildən etibarən “TAP Air Portugal” aviaşirkətində əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb. Bundan əvvəl “Portugalia Airlines” şirkətində baş icraçı direktor, “Grupo SATA” şirkətində əməliyyatlar və kommersiya üzrə baş direktor, “Cabo Verde Airlines” şirkətində isə baş icraçı direktor vəzifəsini müvəqqəti icra edib, daha sonra korporativ işlər üzrə baş direktor vəzifəsində çalışıb.

Reklam_3_11

O, aviasiya sahəsində karyerasına 1995-ci ildə başlayıb, 1998-ci ildə isə “TAP Air Portugal” şirkətində pilot kimi fəaliyyətə başlayıb. Daha sonra “IATA”nın baş qərargahında uçuş əməliyyatları, o cümlədən tənzimləmə və səmərəlilik istiqamətləri üzrə yüksək vəzifələrdə çalışıb və müxtəlif beynəlxalq aviaşirkətlərdə rəhbər vəzifələr tutub.

"Yeni rəhbərin aviaşirkətlərin əməliyyatları və kommersiya idarəçiliyi sahəsində, eləcə də yüksək rəhbər vəzifələrdə qazandığı geniş beynəlxalq təcrübə aviaşirkətin genişlənmə strategiyasına mühüm töhfə verəcək.

Bu təyinat Azərbaycan Hava Yollarının davamlı inkişaf, əməliyyat səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətinin, eləcə də qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinin davamıdır",- AZAL-dan Marja.az-a bildirilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan Hava Yolları AZAL Mario Çaves Sərnişin Aviaşirkəti baş icraçı direktor TAP Air Portugal Portugalia Airlines Grupo SATA Cabo Verde Airlines IATA aviasiya yeni təyinat
14.09.2026 16:39
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar