Proqnozlar dəyişdi - Qlobal banklar FED-in faiz artıracağını gözləyirlər
Qlobal investisiya bankları Goldman Sachs və JPMorgan gözləntiləri üstələyən bir sıra inflyasiya göstəricilərindən sonra ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) bu həftə faiz dərəcələrini artıracağını gözləyir.
Marja xəbər verir ki, güclü inflyasiya göstəriciləri qiymət təzyiqlərinin əlavə monetar sərtləşdirməyə ehtiyac qalmadan zəifləyəcəyi ilə bağlı gözləntiləri azaldıb.
Wall Street bankları ötən həftə ABŞ-da istehlakçı və istehsalçı qiymətlərinin avqust ayında proqnozlardan yüksək artması, həmçinin Yaxın Şərqdə yenidən alovlanan münaqişələr fonunda neftin bir barelinin qiymətinin 100 dolları keçməsindən sonra daha sərt monetar siyasət gözləntilərinə keçən iqtisadçılara qoşulublar.
Goldman Sachs cümə günü yaydığı qeyddə əvvəlki — faizlərin dəyişməz saxlanılacağı barədə proqnozunu dəyişərək FED-in 15–16 sentyabr iclasında faiz dərəcəsini 25 baza bəndi artıracağını gözlədiyini açıqlayıb.
JPMorgan isə həm sentyabr, həm də dekabr aylarında FED-dən 25 baza bəndlik faiz artımı gözləyir.
Son göstəricilər bir neçə ay davam edən zəifləmədən sonra FED-in inflyasiyanı 2%-lik hədəfə doğru endirmək prosesində irəliləyişin dayana biləcəyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Goldman Sachs-ın iqtisadçısı David Mericle bildirib:
“FOMC-nin sürpriz etmək istəməyəcəyini düşünürük”.
J.P. Morgan iqtisadçıları da inflyasiya məlumatlarından sonra oxşar şəkildə daha sərt mövqe nümayiş etdiriblər.
Michael Ferolinin rəhbərlik etdiyi komandanın qeydində bildirilib:
“İstiqraz gəlirliliklərinin və enerji qiymətlərinin yüksəldiyi, inflyasiya göstəricilərinin isə gələn həftə keçiriləcək FOMC iclasında faiz artımını mümkün variantlar sırasından çıxarmağa imkan verməyəcək qədər güclü olduğu bir həftə yaşadıq”.
FED-in əlavə faiz artımlarına gedib-getməyəcəyi ilə bağlı gözləntilər bu həftə bazarların diqqət mərkəzində olacaq. Monetar siyasət qərarvericiləri iclaslarını çərşənbə günü (16 sentyabr) başa çatdıracaqlar.
İnvestorlar, eyni zamanda, Yaponiya Mərkəzi Bankından (BOJ) gələcək monetar siyasət siqnallarını da izləyəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















