970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır

Sentyabrın 15-dən Bakı marşrutlarına daha çox avtobus çıxarılacaq. Bakıda ictimai nəqliyyatda rekord – 2 530 avtobus xəttə çıxacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-ə çatdırılacaq.

Bu barədə "Marja"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Reklam_3_11

Bildirilib ki, bu, son illərin ən yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1 780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü ildə 2 011-ə, 2024-cü ildə 2 180-ə, 2025-ci ildə isə 2 340-ə yüksəlib. Beləliklə, cəmi 5 il ərzində paytaxtda xətlərə cəlb olunan avtobusların sayı 750 ədəd və ya 42 % artırılıb.

Məlumata əsasən, bu il isə ilk dəfə olaraq Bakı marşrutlarında eyni vaxtda 2 530 avtobusun istismarı təmin edilir. Ötən illə müqayisədə bu, 200-ə yaxın avtobus artım deməkdir.

Qeyd edilib ki, avtobus sayındakı artım xüsusilə sərnişin tələbatının yüksəldiyi tədris mövsümü ərəfəsində əhəmiyyətlidir. Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində son bir ay ərzində 8 ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib.

Avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlər ilin sonuna qədər də davam etdiriləcək. Bu il 29 sayda xətdə isə avtobuslar daha yeni və müasir avtobuslarla əvəz edilib. Əlavə avtobusların gətirilməsi ilə sərnişinlərin daha rahat, təhlükəsiz və keyfiyyətli ictimai nəqliyyat xidmətləri ilə təmin olunması imkanları genişləndiriləcək.

Bu il özəl və dövlət müəssisələri tərəfindən 308 sayda avtobus gətirilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bakı avtobus ictimai nəqliyyat AYNA Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi marşrut xətləri 2 530 avtobus sərnişindaşıma Bakı nəqliyyatı avtobus parkı ekspres marşrutlar müntəzəm marşrutlar yeni avtobuslar tədris mövsümü şəhər nəqliyyatı sərnişin tələbatı nəqliyyat infrastrukturu
14.09.2026 17:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar