Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər. Emin Əmrullayev: Bəzi ixtisaslarda 4 il yox, 3 il kifayətdir. Universitetdə 4 il oxumaq hamı üçün vacib deyil – Nazir açıqladı.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur.

"Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar".

Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

"Bunu yalnız həmin ixtisas üzrə mütəxəssislərin rəyi ilə etmək olar. Mən bunun tərəfdarıyam. Bu addımın bütün ixtisaslara şamil olunması müzakirə edilmir", - nazir əlavə edib.

Nazir bildirib ki, Azərbaycanda şagirdlər 6 yaşından təhsilə başlayırlar və bəzi ixtisaslar üzrə bakalavr təhsilinin müddətinin 3 ilə endirilməsi mümkündür.

“Oxşar götürsək, bakalavr səviyyəsində elə ixtisaslar var ki, onlar 3 il ola bilər. 16-17 yaşlı uşağı formalaşdırmaq üçün 4 il yox, 3 il də bəsdir. Ona görə bəzi ixtisaslarda, məsələn, tibbdə təhsil 6 ildir, müəllimlikdə 4 ildir. Kimya, biologiya ixtisasları 5 ildir”, – deyə nazir qeyd edib.

Emin Əmrullayev bildirib ki, bəzi ixtisasların spesifik xüsusiyyətlərini nəzərə alaraq təhsil müddətinin dəyişdirilməsi mümkündür:

“Bizdə ifaçılıq ixtisası var, bunun magistratura səviyyəsi 2 ildir. Amma bunu birləşdirib 5 il etmək olar”.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

14.09.2026 17:29
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar