Azərbaycanda nəhəng Data Mərkəzi layihəsi – BƏƏ şirkəti ilə memorandum imzalandı
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “GROUP 42 Holding Ltd” şirkəti arasında Azərbaycanda Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və BƏƏ-nin milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə keçirilən imzalanma mərasimində rəsmiləşdirilib.
Memorandum Azərbaycanda müasir Data Mərkəzinin yaradılması, yüksək performanslı hesablama imkanlarının inkişaf etdirilməsi və süni intellekt infrastrukturu üzrə əməkdaşlığı nəzərdə tutur.
Sənəd Azərbaycan və BƏƏ arasında rəqəmsal texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni mərhələ hesab olunur.
Qeyd edək ki, mərasim çərçivəsində Azərbaycan və BƏƏ arasında bərpaolunan enerji, investisiya, dağ-mədən sənayesi, qaz və digər sahələr üzrə də bir sıra sənədlər imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
15 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
32 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
56 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























