Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD Strateji Əməkdaşlıq Sazişi imzalayıblar
Əbu-Dabinin suveren investoru Azərbaycanda strateji layihələrə maraq göstərir. Azərbaycan və BƏƏ kritik faydalı qazıntılar və energetikaya sərmayə planlaşdırır.Sentyabrın 14-ü Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Əbu-Dabi Hökumətinin suveren investoru olan L'İMAD ikitərəfli iqtisadi əlaqələri möhkəmləndirmək və birgə inkişaf hədəflərini dəstəkləmək məqsədilə strateji əməkdaşlıq Sazişi imzalayıblar.
Saziş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə İqtisadiyyat naziri Mikayıl Cabbarov və L'İMAD-ın İdarəedici direktoru və Qrup Baş İcraçı direktoru Cassem Bu Ataba Al Zaabi tərəfindən imzalanıb.
Sazişin şərtlərinə əsasən, AİH və L'İMAD fondu Azərbaycan Respublikasında və Mərkəzi Asiya regionunda birgə strateji investisiyaların qoyulmasını planlaşdırır. Tərəfdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən prioritet sahələrə — xüsusilə sənaye, kritik faydalı qazıntılar və müvafiq təchizat zəncirlərinin qurulması, şəhər və nəqliyyat infrastrukturu, energetika, eləcə də rəqəmsal qoşulma istiqamətlərinə xüsusi diqqət yetiriləcək.
Tərəflər bu sazişin Azərbaycan ilə BƏƏ arasında dinamik şəkildə artan iqtisadi əlaqələrin bariz nümunəsi olduğunu və davamlı inkişafı dəstəkləyən yüksək keyfiyyətli investisiya imkanlarının müəyyən edilməsi istiqamətində birgə tərəfdaşlığı əks etdirdiyini vurğulayıblar. Sənəd çərçivəsində uzunmüddətli kapitalın strateji sektorlara birgə yönəldilməsi, regional inteqrasiyanın və əlaqələrin gücləndirilməsi, eləcə də hər iki ölkə üçün dayanıqlı və uzunmüddətli iqtisadi dəyərin yaradılması hədəflənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
15 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
32 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
56 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























