İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
ABŞ Konqresinin Büdcə İdarəsi (CBO) İranla silahlı münaqişənin Pentaqona əməliyyat xərclərinin 1 avqust 2026-cı il tarixinə təxminən 38 milyard dollara çatdığını açıqlayıb. Münaqişə davam edərsə, bu məbləğin hər ay əlavə 2–3 milyard dollar artacağı gözlənilir.
Marja xəbər verir ki, CBO fevralın sonunda İran əleyhinə başladılan “Operation Epic Fury” (“Epik Qəzəb”) hərbi əməliyyatının maliyyətini əməliyyat xərcləri, alternativ imkanların itirilməsi, iqtisadi təsirlər və mümkün əlavə xərclər olmaqla dörd əsas istiqamət üzrə qiymətləndirib.
Hesabata görə, İranla silahlı münaqişənin ABŞ Müdafiə Nazirliyi üçün əməliyyat, logistika və təminat xərcləri 1 avqusta təxminən 38 milyard dollar təşkil edib.
Bu məbləğ istifadə edilmiş sursatların yenilənməsi, döyüşlərdə itirilmiş texnikanın əvəzlənməsi, uçuş saatlarının artması, digər hərbi əməliyyatlar və yanacaq xərclərinin yüksəlməsi ilə bağlıdır.
CBO bildirir ki, qarşıdurmanın intensivliyi may və iyun aylarındakı aşağı səviyyədə qalarsa, müharibənin hər əlavə ayı təxminən 2 milyard dollara başa gələ bilər. Döyüşlərin intensivliyi iyul səviyyəsinə yüksələrsə, aylıq xərc 3 milyard dollara çata bilər. Eskalasiya daha da güclənərsə, xərclərin bundan da yüksək olacağı istisna edilmir.
Hava hücumundan müdafiə ehtiyatları azalır
Hesabatda Pentaqon üçün münaqişənin əsas alternativ xərcinin böyük həcmdə hava hücumundan müdafiə raketlərinin istifadə edilməsi olduğu vurğulanıb.
CBO hesab edir ki, azalmış raket ehtiyatları ABŞ-ın inventarını bir neçə il ərzində zəiflədə bilər. Bu vəziyyət xüsusilə böyük sayda ballistik və qanadlı raket arsenalına malik ölkə ilə mümkün hərbi münaqişə zamanı ciddi problem yarada bilər.
Hesabatda nümunə kimi Çin göstərilir və belə raketlərin Tayvan ətrafında mümkün hərbi qarşıdurmada mühüm rol oynaya biləcəyi qeyd olunur.
Hürmüz və Qırmızı dənizdəki problemlər inflyasiyanı artırır
CBO-nun qiymətləndirməsinə görə, İranla münaqişənin əsas iqtisadi təsiri Hürmüz boğazından neft və təbii qaz daşımalarının azalması, eləcə də Qırmızı dənizdə gəmiçiliyin pozulması nəticəsində yaranan inflyasiya təzyiqidir. Bu proses qlobal enerji qiymətlərini yüksəltməklə yanaşı, neft emalı sektoruna da təsir edib, nəticədə benzin, dizel və reaktiv yanacağın qiymətləri artıb.
Enerji və logistika xərclərinin yüksəlməsinin istehlak qiymətlərinə əlavə təzyiq göstərdiyi bildirilir.
CBO 2027-ci ilin birinci rübündə şəxsi istehlak xərcləri üzrə qiymət indeksinin (PCE) illik inflyasiyasının fevralda verilmiş əvvəlki proqnozdan 0,5 faiz bəndi, baza PCE inflyasiyasının isə 0,3 faiz bəndi yüksək olacağını gözləyir.
Hesabatda münaqişə ilə əlaqəli inflyasiyanın ABŞ dövlət istiqrazları üzrə faiz dərəcələrini də yüksəltdiyi qeyd olunur.
CBO-nun hesablamasına əsasən, 3 aylıq ABŞ Xəzinədarlıq istiqrazlarının faiz dərəcəsi 2026-cı ildə qurumun fevral proqnozu ilə müqayisədə təxminən 0,2 faiz bəndi yüksəkdir.
Diplomatik əməliyyatlar, xarici yardım və digər mümkün əlavə xərclərin isə münaqişənin necə davam edəcəyindən asılı olduğu bildirilir. Buna görə CBO həmin xərclərin dəqiq məbləğini hesablaya bilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 32 d. əvvəl
- 52 d. əvvəl
-
53 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
59 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
























