FAB Şirkətlər Qrupu Mərkəzi Asiya bazarında fəaliyyətini genişləndirir
FAB Şirkətlər Qrupu Daşkənddə distribyutorlarla danışıqlar aparır. FAB ixracı artırmaq üçün Özbəkistan bazarına fokuslanıb. FAB Şirkətlər Qrupu “Uzbekistan Coatings Show 2026”da geniş məhsul portfelini təqdim edirFAB Şirkətlər Qrupu 16–18 sentyabr 2026-cı il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Uzbekistan Coatings Show 2026” beynəlxalq sərgisində iştirak edir.
“Anhor Park Expo” sərgi mərkəzində keçirilən tədbir lak-boya və örtük materialları, xammal, istehsal avadanlıqları və texnologiyaları sahəsində fəaliyyət göstərən istehsalçıları, distribyutorları, təchizatçıları və sektor mütəxəssislərini bir araya gətirir.
Sərgidə FAB boya məhsulları, FABKİM quru inşaat qarışıqları, HILLFAN boruları, NEOTEK kabelləri və digər tikinti materiallarından ibarət geniş məhsul portfeli beynəlxalq auditoriyaya təqdim olunur.
“Uzbekistan Coatings Show 2026” çərçivəsində şirkət nümayəndələri Özbəkistan və Mərkəzi Asiyanın digər ölkələrindən olan biznes tərəfdaşları, distribyutorlar və sektor nümayəndələri ilə görüşlər keçirir, yeni əməkdaşlıq imkanları və ixrac perspektivləri ətrafında fikir mübadiləsi aparırlar.
FAB Şirkətlər Qrupunun beynəlxalq sərgilərdə iştirakı şirkətin ixrac imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması və FAB brendinin Mərkəzi Asiya bazarında mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin tərkib hissəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























