970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İnvestorlar üçün yeni 15%-lik istiqraz – Yerləşdirmə noyabrda keçiriləcək

2 milyon manatlıq istiqraz buraxılışı: Anderrayter “ABB-Invest”dir
AzVak-mobil_resmin_ustu_31
İnvestorlar üçün yeni 15%-lik istiqraz – Yerləşdirmə noyabrda keçiriləcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

“PRIOR LEASING” ASC 2 milyon manat həcmində yeni istiqraz buraxılışını həyata keçirəcək.

Marja.az xəbər verir ki, 16 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə şirkətin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verilib.

AZ2002019530 ISIN kodlu istiqrazlar üzrə abunə yazılışı 21 sentyabr 2026-cı il tarixində başlayacaq və 19 noyabr 2026-cı il tarixində başa çatacaq. Qiymətli kağızların yerləşdirilməsi isə 23 noyabr 2026-cı il tarixində keçiriləcək.

Buraxılış çərçivəsində hər birinin nominal qiyməti 100 manat olan 20 min ədəd istiqraz investorların diqqətinə təqdim ediləcək. Beləliklə, emissiyanın ümumi həcmi 2 milyon manat təşkil edəcək.

İstiqrazların illik gəlirlilik faizi 15% müəyyən edilib. Faiz ödənişləri hər ay bir dəfə, hər ayın 30 gün olduğu qəbul edilməklə həyata keçiriləcək.

Qiymətli kağızların tədavül müddəti 24 aydır.

İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı formada buraxılır. Ticarət üsulu kütləvi təklif – abunə yazılışı formasındadır.

Buraxılışın anderrayteri “ABB-Invest İnvestisiya Şirkəti” QSC-dir.

Nominal dəyər və illik 15%-lik kupon dərəcəsi nəzərə alındıqda, bir istiqraz üzrə illik faiz gəliri 15 manat, aylıq faiz ödənişi isə təxminən 1,25 manat təşkil edir. Buraxılışın bütün həcmi yerləşdirilərsə, emitentin illik faiz ödənişlərinin ümumi məbləği təxminən 300 min manat olacaq.

İş elanları AzVak.az-da

PRIOR LEASING PRIOR LEASING istiqrazları istiqraz istiqraz buraxılışı 15 faiz istiqraz 15% gəlirlilik Bakı Fond Birjası BFB ABB-Invest ABB Invest 2 milyon manat 20 min istiqraz 100 manat nominal aylıq faiz ödənişi istiqraz gəlirliliyi korporativ istiqrazlar kapital bazarı investisiya abunə yazılışı AZ2002019530 23 noyabr 2026 qiymətli kağızlar.
17.09.2026 11:47
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19