Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Göstəricilər pisləşib – Doğum azalır, ölüm artır

Azərbaycanda nikahların sayı azalıb, boşanmalar yüksək olaraq qalır. 7 ayda 22 min nikah, 12 minə yaxın boşanma qeydə alınıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Göstəricilər pisləşib – Doğum azalır, ölüm artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Demoqrafik vəziyyət açıqlanıb.

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14 min 215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10 milyon 276 min 566 nəfərə çatmışdır.

Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin “2026-cı ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri”nə istinadən xəbər verir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 31.08.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 39269 nəfər keçmiş məcburi köçkün geri qayıtmış, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 93203 nəfər təşkil etmişdir. Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48954 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,2-yə düşmüşdür. Doğulan körpələrin 53,4 faizi oğlan uşaqları, 46,6 faizi isə qız uşaqları olmuşdur. Doğulan körpələrdən 1696-sı əkiz, 60-ı isə üçəm olmuşdur.

Cari ilin yeddi ayı ərzində ölkədə 35829 ölüm halı qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artmışdır.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul aylarında 22 min 130 nikaha daxilolma və 11 min 678 boşanma halları qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 3,7-yə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalmışdır.  

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan əhalisi demoqrafik vəziyyət əhali sayı doğum statistikası ölüm statistikası nikahlar boşanmalar Dövlət Statistika Komitəsi Azərbaycan demoqrafiyası 2026 doğum göstəricisi 2026 ölüm göstəricisi nikah sayı boşanma sayı təbii artım 48 min 954 körpə 35 min 829 ölüm 22 min 130 nikah 11 min 678 boşanma əhali artımı şəhər əhalisi kənd əhalisi kişi qadın nisbəti Böyük Qayıdış işğaldan azad edilmiş ərazilər keçmiş məcburi köçkünlər Qarabağa qayıdış
17.09.2026 15:13
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19