Porsche-də 4 mindən çox işçinin ixtisarı planlaşdırılır
Porsche-də böyük ixtisar dalğası – daha 4100 nəfər işini itirə bilər. Porsche-də iş yerlərinə “balta” – 4 mindən çox əlavə ixtisar ilə xərclər azaldılır.Volkswagen Qrupuna daxil olan lüks avtomobil istehsalçısı Porsche-də 4 mindən çox əlavə iş yerinin ixtisar edilməsi planlaşdırılır.
Marja xəbər verir ki, Almaniyanın “Handelsblatt” nəşrinin məlumatına görə, Volkswagen-in genişmiqyaslı transformasiya proqramı çərçivəsində Porsche-də təxminən 4100 əməkdaşın işdən çıxarılması təklif olunur.
Məlumata əsasən, Volkswagen-in Müşahidə Şurasında razılaşdırılan və şirkət tarixində ən böyük yenidənqurma proseslərindən birinin əsasını təşkil edən sənədlərdə Porsche-də təxminən 700 milyon avroluq (803,8 milyon dollar) ümumi xərc çatışmazlığının aradan qaldırılması məqsədilə əlavə ixtisarların aparılması nəzərdə tutulur.
“Handelsblatt” qeyd edir ki, yeni ixtisarlar bundan əvvəl əldə edilmiş razılaşmalara əlavə olaraq həyata keçirilə bilər.
Xatırladaq ki, iyul ayında Porsche rəhbərliyi və işçi nümayəndələri daha əvvəl nəzərdə tutulan 4 min nəfərlik ixtisara əlavə olaraq daha 5 min iş yerinin azaldılması barədə razılığa gəlmişdilər.
Beləliklə, yeni planlar da həyata keçirilərsə, Stuttgartda yerləşən və məşhur “911” modelinin istehsalçısı olan Porsche-də 2035-ci ilədək nəzərdə tutulan ümumi iş yerlərinin azaldılması şirkətin təxminən hər beş əməkdaşından birini əhatə edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























