Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün ®
7 000 manatadək maliyyə dəstəyi – Müraciət üçün son 8 gün. Layihəniz varsa, müraciət edin.Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026” sosial layihə müsabiqəsi çərçivəsində layihə təkliflərinin qəbulu davam edir. Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları qadınların rəqəmsal həllər vasitəsilə iqtisadi və sosial imkanlarının genişləndirilməsinə, eləcə də onların ölkənin sosial və iqtisadi həyatında daha fəal iştirakına töhfə verəcək layihələri ilə müsabiqəyə qoşula bilər.
Müsabiqədə qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən, inklüziv imkanlar yaradan və rəqəmsal həllərin tətbiqini nəzərdə tutan layihələrə üstünlük veriləcək. Layihələrin geniş auditoriyanı əhatə etməsi, davamlı nəticələr yaratması və uzunmüddətli sosial təsir potensialına malik olması da əsas seçim meyarları sırasındadır.
Layihələr müvafiq sahələr üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin qaliblərinə layihələrin həyata keçirilməsi üçün 7 000 AZN-dək maliyyə dəstəyi göstəriləcək.
Təşkilatlar layihə təkliflərini 30 sentyabr 2026-cı il tarixinədək Azərbaycan dilində təqdim edə bilərlər. Müraciət zamanı layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan büdcənin detallı bölgüsünün də əlavə edilməsi tələb olunur.
Layihə təkliflərini təqdim etmək üçün müraciət formasından istifadə etmək mümkündür.
Qeyd edək ki, Azercell sosial layihə müsabiqəsini 2022-ci ildən həyata keçirir. Bu günədək şirkət ölkədə müsbət dəyişikliklərə töhfə verən və müxtəlif sosial məsələlərin həllinə yönəlmiş 10 layihəyə dəstək göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 32 d. əvvəl
- 52 d. əvvəl
-
53 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
59 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir






















