970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

InvestAZ PRO yeni kampaniya filmini təqdim etdi: “Nəzarət səndədir” - “pro” anlayışına yeni yanaşma

Üç dünya səviyyəli idmançı InvestAZ PRO üçün bir araya gəldi. Rafael Ağayev, Vəfa Musayeva və Tofiq Əliyev InvestAZ PRO kampaniyasında. InvestAZ “PRO APP” yeni kampaniya filmində peşəkar qərarların arxasındakı yanaşmanı göstərir. InvestAZ PRO ilə müxtəlif maliyyə bazarları bir hesabdan idarə olunur
iç səhifə xəbər başlığı altı (mobil)_31
InvestAZ PRO yeni kampaniya filmini təqdim etdi:  “Nəzarət səndədir” - “pro” anlayışına yeni yanaşma
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Invest-AZ İnvestisiya Şirkəti” QSC media nümayəndələrinin iştirakı ilə keçirdiyi tədbirdə InvestAZ PRO tətbiqinə həsr olunmuş yeni kampaniya filmini təqdim etdi. Tədbir zamanı qonaqlara kampaniyanın kreativ ideyası və əsas mesajı təqdim olundu, daha sonra filmin ilk nümayişi keçirildi.

Reklam_3_11

Filmdə karate üzrə beşqat dünya çempionu və Olimpiya mükafatçısı Rafael Ağayev, Everest zirvəsini fəth edən alpinist Vəfa Musayeva və tamblinq gimnastikası üzrə ikiqat dünya çempionu Tofiq Əliyev yer alırlar.

Üç fərqli idman sahəsini təmsil edən bu simaları birləşdirən yalnız qazandıqları nəticələr deyil, uğura gedən yolda keçdikləri görünməz mərhələlərdir. Bu yol məqsədi dəqiq müəyyənləşdirmək, riski qiymətləndirmək, strategiya qurmaq və doğru anda hərəkətə keçməkdən ibarətdir.

Zirvəyə aparan hazırlıq, tatamidə bir anda verilən qərar və tamblinqdə səhvə yer verməyən dəqiqlik filmdə vahid fikrə çevrilir: nəzarət hər zaman nəticədən əvvəl başlayır.

Üç uğur hekayəsi - bir qərarvermə sistemi.

“Nəzarət səndədir” kampaniyası hər üç qəhrəmanın real həyatda tətbiq etdiyi düşüncə və qərarvermə sistemini investisiya dünyasına daşıyır. Vəfa Musayevanın riskləri əvvəlcədən hesablaması, Rafael Ağayevin doğru anı seçmək bacarığı və Tofiq Əliyevin ən mürəkkəb elementi belə dəqiqliklə icra etməsi ortaq bir prinsipə bağlanır: potensial yalnız onu idarə edə bildikdə nəticəyə çevrilir.

Bu film üç fərqli dünyanı vahid ritmdə birləşdirərək “InvestAZ PRO APP”in əsas məhsul vədini önə çıxarır: bazarın izlənməsindən əməliyyatların icrasına, hesab və vəsaitlərin idarə olunmasına qədər bütün prosesi bir platformadan nəzarətdə saxlamaq.

Müxtəlif maliyyə bazarları - bir hesab, tam nəzarət

InvestAZ PRO App istifadəçilərə müxtəlif maliyyə bazarlarına çıxış əldə etmək, qiymət dəyişikliklərini real vaxtda izləmək, seçilmiş alətlər siyahısı yaratmaq, bazar və gözləmə əmrləri yerləşdirmək, həmçinin əməliyyat tarixçəsinə baxmaq imkanı verir.

İstifadəçilər çoxçeşidli maliyyə alətləri üzrə ticarət əməliyyatlarını, mədaxil-məxaric, hesablararası köçürmələri və balanslarını vahid platformadan idarə edə bilirlər. 

Tətbiqdən qeydiyyatsız qonaq rejimində istifadə etmək və real vəsait olmadan strategiyaları sınaqdan keçirmək üçün demo hesab açmaq da mümkündür.

Hər kəs Pro ola bilər, bunun üçün potensialını kəşf  etməli, nəzarəti əlinə almalısan.

Kampaniya investisiyanı təsadüfi seçimlər deyil, məlumat, hazırlıq və intizam tələb edən proses kimi təqdim edir. Burada “pro” anlayışı təcrübə səviyyəsindən daha çox qərarlara yanaşma tərzini ifadə edir.

InvestAZ PRO tətbiqini App Store və Google Play-dən yükləmək mümkündür.

InvestAZ haqqında

“Invest-AZ İnvestisiya Şirkəti” QSC (Lisenziya №:087986) Azərbaycanda investisiya  xidmətləri göstərən lisenziyalı investisiya şirkətidir. Şirkət müxtəlif səviyyələr üzrə təcrübəyə malik müştərilərinə  əlverişli qiymətlər, keyfiyyətli icra mühiti, analitik məlumatlar və peşəkar dəstək təqdim edir.

InvestAZ InvestAZ PRO InvestAZ PRO App Invest-AZ İnvestisiya Şirkəti Nəzarət səndədir Rafael Ağayev Vəfa Musayeva Tofiq Əliyev investisiya tətbiqi investisiya platforması maliyyə bazarları investisiya ticarət əməliyyatları real vaxt qiymətləri bazar əmrləri gözləmə əmrləri demo hesab App Store Google Play investisiya şirkəti maliyyə alətləri investisiya strategiyası risklərin idarə olunması qərarvermə investisiya kampaniyası reklam filmi peşəkar investisiya Azərbaycan investisiya bazarı
23.09.2026 11:32
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19