Bakıda Alfa Pragmatic Fintech konfransı keçirilib: bank biznesinin inkişafında texnologiyaların rolu
Texnologiyaların və süni intellektin bank biznesinin inkişafındakı roluna həsr olunmuş Alfa Pragmatic Fintech konfransı Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə keçirilib. Tədbirin təşkilatçısı “Alfa-Bank” ASC olub. Konfrans Fairmont Baku Flame Towers otelində keçirilib və Azərbaycanın 17 bankından 60 nümayəndəni bir araya gətirib. Əsas diqqət rəqəmsal və oflayn satış kanallarının səmərəliliyinin artırılmasına, həmçinin bankların biznes və maliyyə göstəricilərinin yaxşılaşdırılması üçün süni intellektin (AI) praktiki tətbiqinə yönəldilib.
Konfransın açılışında salamlama nitqi ilə Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov çıxış edib və daha sonra sözü “Alfa-Bank”ın beynəlxalq fintech layihələri rəhbəri Stanislav Kanevskiyə verib. Tədbirin əsas mövzusu artıq formalaşmış texnoloji infrastrukturu bankın biznesinin gələcək inkişafı üçün effektiv alətə çevirmək olub. “Alfa-Bank” təkcə öz təcrübəsini deyil, həmçinin digər banklarda tətbiq və uyğunlaşdırıla bilən hazır texnoloji məhsul və platformaları təqdim edib.
Proqram bir-biri ilə əlaqəli dörd əsas istiqamət ətrafında qurulub. Birinci blok yeni müştərilərin cəlb edilməsi və bank məhsullarının satışı üçün veb-saytın tam funksional kanal kimi inkişafına həsr olunub. Bu zaman müştərilərin davranışındakı dəyişikliklər və AI axtarışının inkişafı da nəzərə alınıb.
İkinci istiqamət mobil bankın mövcud müştərilərlə münasibətlərin inkişafında, onların istifadə etdiyi məhsulların sayının artırılmasında və tranzaksiya aktivliyinin yüksəldilməsində roluna həsr olunub.
Üçüncü mövzu satışların və front-line əməkdaşların fəaliyyətinin effektivliyi olub. Alfa-Bankın CRM sistemi nümunəsində texnologiyaların menecerlərə müştərilərə və satışlara daha çox vaxt ayırmağa, daha uyğun təkliflər formalaşdırmağa və effektiv iş təcrübələrini bütün banka tətbiq etməyə necə imkan verdiyi göstərilib.
Yekun blok əvvəlki mövzuları AI-nin sistemli tətbiqi vasitəsilə əlaqələndirib. Alfa-Bankın praktiki nümunələri əsasında AI-nin satışlarda, müştərilərlə işdə və digər bank proseslərində istifadəsi, həmçinin onun biznes göstəricilərinə təsiri – satışların və konversiyanın artması, kredit və əməliyyat itkilərinin azalması və kapitaldan istifadənin səmərəliliyinin yüksəldilməsi göstərilib.
Beləliklə, proqram bank üçün əlavə dəyərin yaradılmasının ardıcıl yolunu əhatə edib: veb-kanal vasitəsilə yeni müştərinin cəlb edilməsindən – mobil bankda onunla münasibətlərin inkişafına, CRM vasitəsilə satışların effektivliyinin artırılmasına və biznes və maliyyə göstəricilərinin yaxşılaşdırılması üçün AI-nin sistemli tətbiqinə qədər.
Texnologiyalar konkret bank məsələləri və onların tətbiqindən əldə olunan nəticələr üzərindən təqdim olunub. “Alfa-Bank” tərəfindən təqdim edilən həllər digər banklar tərəfindən onların texnoloji infrastrukturu və konkret biznes məqsədləri nəzərə alınmaqla tətbiq və uyğunlaşdırıla bilər.
Biznes proqramının başa çatmasından sonra tədbir networking sessiyası və nahar formatında davam edib. Bu çərçivədə Azərbaycan bank ictimaiyyətinin nümayəndələri “Alfa-Bank” komandası ilə peşəkar dialoqu davam etdiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















