“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
İstiqrazlar “ABB Invest” investisiya şirkəti vasitəsilə yerləşdirilir. Emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyata alınıb.
2014-cü ildən Azərbaycanın lizinq bazarında fəaliyyət göstərən “Prior Leasing” ASC ümumi həcmi 2 000 000 (iki milyon) manat olan faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları investorlara təqdim edir. İstiqrazların əldə olunması üçün abunə yazılışı 21 sentyabr – 19 noyabr tarixləri arasında davam edəcək. Sifarişlərin qəbulu ABB mobile tətbiqinin daxilindəki “Yeni Emissiyalar” (https://app.abb-bank.az/local_ipo_tab) bölməsi üzərindən sürətli və tam onlayn şəkildə həyata keçirilir.
Yerləşdirmə 23 noyabrda “ABB-İnvest İnvetisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
Yeni buraxılışın əsas fərqləndirici xüsusiyyəti faiz gəlirinin ödənilmə tezliyidir: bu emissiyada investorlar illik 15% sabit dərəcəsi ilə hesablanan faiz gəlirini hər 30 gündən bir, nağdsız qaydada, birbaşa bank hesablarına köçürülməklə əldə edəcəklər. Hesablamalar istiqrazların nominal dəyəri üzərindən aparılacaq. İstiqrazın nominal dəyəri isə tədavül müddətinin sonunda tam şəkildə qaytarılır.

Qeyd olunan istiqrazların nominal dəyərinin 100 AZN səviyyəsində müəyyən edilməsi əlçatanlığı artırmaq və geniş investor bazasına müraciət etmək məqsədi daşıyır. İstiqrazların tədavül müddəti ilk istiqrazın yerləşdirmə tarixindən etibarən 24 ay təşkil edəcək.
12 ildir Azərbaycan lizinq sektorunda fəaliyyət göstərən “Prior Leasing” ASC kənd təsərrüfatı və tikinti texnikasının maliyyələşdirilməsi üzrə ixtisaslaşmışdır. Şirkət İtaliya, Türkiyə, Çin və digər ölkələrin istehsalçılarına aid aqrotexnikanı lizinq şərtləri ilə Azərbaycan bazarında təqdim edir. Şirkətin satış və xidmət şəbəkəsi ölkənin müxtəlif regionlarını əhatə edir və 20-dən çox filial və nümayəndəlikdən ibarətdir.
Əlaqə
İstiqrazların yerləşdirilməsi prosesi və digər ətraflı məlumatlarla bağlı “Prior Leasing” ASC-nin 858 qısa nömrəsinə və “ABB-İnvest İnvetisiya Şirkəti” QSC-nin [email protected] elektron poçt ünvanına müraciət edə, həmçinin *3773 qısa nömrəsi və ya +994 50 268 33 99 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 31 d. əvvəl
- 51 d. əvvəl
-
52 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
58 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir























