Daşkəsəndə filizdən son məhsuladək yeni sənaye zənciri qurulacaq
Filizdən polada: Daşkəsən üçün böyük sənaye planı. Azərbaycan dəmir filizini ölkədə emal etməyə hazırlaşırDaşkəsən dəmir filizi yataqları əsasında Azərbaycanın qara metallurgiya sənayesində inteqrə olunmuş yeni istehsal zənciri yaradılması nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Dövlət Proqramında Daşkəsəndə filiz hasilatı, Zənginləşdirmə zavodu, Pellet istehsalı zavodu və İsti Briketlənmiş Dəmir – İBD zavodunun yaradılması əsas layihələr sırasında yer alıb.
Yerli dəmir filizi bazasının ilk mərhələdə illik 1 milyon ton İBD istehsalını təmin edə biləcək səviyyədə formalaşdırılması, yerli və idxal xammalı birlikdə nəzərə alındıqda isə illik İBD istehsal gücünün 2 milyon tona çatdırılması hədəflənir.
İBD-nin bir hissəsinin ölkə daxilində fəaliyyət göstərən metallurgiya müəssisələrində istifadə olunması ilə idxal xammalından asılılığın mərhələli azaldılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















