İdxalı azalda biləcək 2 milyon tonluq zavod planı
Azərbaycanda 2 milyon tonluq yeni metallurgiya gücü yaradılacaq. İdxalı azalda biləcək 2 milyon tonluq zavod planı. Metallurgiya zavodu üçün 69 km qaz kəməri əsaslı təmir ediləcək. “Qazıməmməd-Qazax” xəttində 69 kilometrlik böyük təmirDaşkəsən dəmir filizi layihəsi çərçivəsində İsti Briketlənmiş Dəmir (İBD) istehsalı üçün iri zavodun yaradılması planlaşdırılır.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Dövlət Proqramının yekun hədəfinə əsasən, müəssisə istismara verildikdən sonra illik 2 milyon ton İBD istehsal gücü yaradılmalıdır.
İBD polad istehsalında xammal kimi istifadə olunur. Proqramda istehsal edilən İBD-nin müəyyən hissəsinin mərhələli şəkildə yerli metallurgiya müəssisələrinə yönəldilməsi nəzərdə tutulur.
Bu yanaşma ölkədə hazırda idxal olunan pəstah və digər xammaldan asılılığın azaldılması istiqamətində əsas layihələrdən biri kimi nəzərdə tutulub.
İBD zavodu üçün magistral qaz kəmərinin 69 kilometrlik hissəsi əsaslı təmir ediləcək
Azərbaycanda yaradılması planlaşdırılan İBD zavodunun fasiləsiz təbii qazla təmin edilməsi üçün “Qazıməmməd-Qazax” magistral qaz kəmərində iri təmir layihəsi həyata keçiriləcək.
Dövlət Proqramının Tədbirlər Planına əsasən, magistral qaz kəmərinin I xəttinin 69 kilometrlik hissəsi əsaslı təmir olunacaq. Layihənin icra müddəti 2027–2028-ci illər müəyyən edilib.
Əsas icraçı SOCAR olacaq. Azərbaycan İnvestisiya Holdinqi və İqtisadiyyat Nazirliyi digər icraçılar sırasında göstərilib.
Layihənin yekun məqsədi İBD müəssisəsinin yüksək həcmli, etibarlı və fasiləsiz qaz təchizatını təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 31 d. əvvəl
- 51 d. əvvəl
-
52 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
58 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir






















