“Azərbaycan Sənaye Sığorta”da ikiqat təzyiq – yığım azalıb, ödəniş kəskin artıb
Şirkətin yığımları 17% düşüb, ödənişləri 53% yüksəlib; “Azərbaycan Sənaye Sığorta” bazarda 4 pillə geriləyib.“Azərbaycan Sənaye Sığorta” ASC-nin 2026-cı ilin yanvar–avqust aylarında topladığı sığorta haqları 17 milyon 969 min manat təşkil edib.
Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, bir il əvvəl şirkət 21 milyon 662 min manat yığım əldə etmişdi. Beləliklə, sığorta haqları 3 milyon 693 min manat və ya 17% azalıb.
Eyni dövrdə ödənişlər tam əks istiqamətdə dəyişib. Şirkətin sığorta ödənişləri 8 milyon 38 min manatdan 12 milyon 334 min manata yüksəlib. Artım 4 milyon 296 min manat və ya 53,4% olub.
Bu iki istiqamətli dəyişiklik nəticəsində ödəniş/yığım nisbəti 37,1%-dən 68,6%-ə yüksəlib.
Şirkətin bazar payı 2,07%-dən 1,61%-ə enib və yığımların həcminə görə mövqeyi 7-ci pillədən 11-ci pilləyə geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























