Məktəblərin maliyyələşməsi dəyişir – Hər şagirdə görə illik xərc müəyyən ediləcək
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizmi dəyişdirilir.
Marja.az xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, 2026–2027-ci tədris ilindən başlayaraq dövlət məktəblərinin büdcə vəsaiti hesabına maliyyələşdirilməsi mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.
Yeni mexanizmə əsasən, maliyyələşdirmə zamanı ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərcinin məbləği əsas göstəricilərdən biri olacaq.
Bununla yanaşı, bütün təhsil səviyyələri üzrə eyni məbləğin tətbiqi nəzərdə tutulmur. Hər bir təhsilalana düşən illik təhsil xərcinə ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.
Hər şagirdə düşən xərc ayrıca müəyyən ediləcək
Fərmana əsasən, Nazirlər Kabineti adambaşına maliyyələşdirilən dövlət ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin məbləğini müəyyən etməlidir.
Hökumət, həmçinin məktəblərin dövlət büdcəsindən adambaşına maliyyələşdirilməsi və təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsallarının tətbiqi qaydalarını təsdiqləyəcək.
Nazirlər Kabinetinə bunun üçün bir ay müddət verilib. Qaydalar təsdiq edildikdən sonra Prezidentə məlumat təqdim olunmalıdır.
Hansı məktəblərin yeni sistemə keçəcəyi hər il müəyyənləşdiriləcək
Yeni mexanizm dərhal bütün dövlət məktəblərinə eyni vaxtda tətbiq edilməyəcək. Fərmanda prosesin mərhələli həyata keçirilməsi nəzərdə tutulur.
Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün adambaşına maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısını və həmin məktəblərdəki təhsilalanların sayını müəyyən edəcək.
Siyahı və şagird sayı Maliyyə Nazirliyi ilə razılaşdırılacaq.
Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsini isə Maliyyə Nazirliyi təmin edəcək.
Yeni mexanizm nə deməkdir?
Adambaşına maliyyələşdirmə yanaşmasında məktəblərin büdcə təminatının hesablanmasında həmin müəssisədə təhsil alan şagirdlərin sayı mühüm göstəriciyə çevrilir.
Fərmanın mətnindən görünür ki, yekun maliyyələşmə yalnız şagird sayının sadə şəkildə vahid məbləğə vurulmasından ibarət olmayacaq. Məktəbin növü və ümumi təhsilin səviyyəsi də nəzərə alınacaq, ayrı-ayrı səviyyələr üzrə artım əmsalları tətbiq ediləcək. Konkret məbləğlər və əmsallar isə Nazirlər Kabinetinin təsdiqləyəcəyi qaydalardan sonra məlum olacaq.
Adambaşına maliyyələşdirməyə keçid Azərbaycanın təhsil siyasətində daha əvvəl də nəzərdə tutulan istiqamətlərdən biri olub. Təhsil sisteminin inkişafına dair əvvəlki strateji sənədlərdə təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizminə keçid hədəf kimi göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 31 d. əvvəl
- 51 d. əvvəl
-
52 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
58 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir























