Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
İcbari avtomobil sığortasında ödənişlər 105 milyon manata yaxınlaşıbAvtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərin həcmi 2026-cı ilin ilk 8 ayında 100 milyon manatı keçib.
Marja.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, yanvar-avqust aylarında bu sığorta növü üzrə 104 milyon 770,1 min manat ödəniş həyata keçirilib.
2025-ci ilin eyni dövründə ödənişlərin həcmi 87 milyon 172,9 min manat idi.
Beləliklə, ödənişlər 17 milyon 597,2 min manat və ya 20,2% artıb.
Sığorta haqları isə 10,7% artaraq 118 milyon 534,2 min manatdan 131 milyon 227,5 min manata yüksəlib.
Ödənişlərin yığımlara nisbəti 73,5%-dən 79,8%-ə çatıb. Başqa sözlə, 2026-cı ilin ilk 8 ayında hər 100 manatlıq sığorta haqqına təxminən 80 manat ödəniş düşüb.
Bu nisbət sığortaçıların yekun mənfəətliliyini ifadə etmir, lakin ödənişlərin yığımlara nisbətən daha sürətli artdığını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 29 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
56 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir

























