Azərbaycanda “Ağıllı Su Şəbəkəsi” qurula bilər – Ağıllı sayğaclar, sızma nəzarəti, rəqəmsal modelləşdirmə – ANLAŞMA
Su itkilərinə qarşı yeni texnologiya gəlir. Su sektorunda böyük layihə. SOCAR su sektoruna daxil olur25 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Esyasoft Holding” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib.
Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “Esyasoft Holding”in direktoru Bipin Çandra mübadilə ediblər.
Memorandum Azərbaycanda “Ağıllı Su Şəbəkəsinin İdarəetmə Sistemi”nin qiymətləndirilməsi, ümumi dizaynının hazırlanması və tətbiqinin planlaşdırılması sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə tərəflər layihənin texniki, əməliyyat, kommersiya, maliyyə, tənzimləyici və kibertəhlükəsizlik aspektlərini əhatə edən texniki-iqtisadi əsaslandırmanı, həmçinin layihənin icra planını hazırlayacaqlar.
Layihə su ehtiyatlarının idarə edilməsi və paylanması infrastrukturunun modernləşdirilməsinə, texniki və kommersiya su itkilərinin azaldılmasına, eləcə də istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni sistem ağıllı su sayğacları vasitəsilə məlumatların məsafədən toplanmasını və emalını, su şəbəkəsinin monitorinqini, sızmaların aşkarlanmasını, təzyiqin idarə edilməsini və rəqəmsal hidravlik modelləşdirmə həllərini əhatə edəcək.
Sənədə əsasən, SOCAR layihənin maliyyələşdirmə modelinin və mümkün dövlət-özəl tərəfdaşlığı çərçivəsinin hazırlanmasına, həmçinin nasos sistemlərinin işinin optimallaşdırılması da daxil olmaqla, su təchizatı sistemləri üçün enerji səmərəli həllərin işlənib hazırlanmasına cavabdeh olacaq.
Layihənin icrasında “Esyasoft Holding”in smart kommunal texnologiyalar sahəsində beynəlxalq təcrübəsindən, həmçinin Azərbaycanda SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə həyata keçirilən Ağıllı Qaz Şəbəkəsinin Transformasiyası Layihəsi çərçivəsində əldə edilmiş təcrübədən istifadə olunması nəzərdə tutulur. Bu təcrübənin su sektoruna uyğunlaşdırılması ağıllı sayğaclaşdırma, real vaxt monitorinqi, itkilərin aşkarlanması və məlumatlara əsaslanan şəbəkə idarəetməsinin inkişafına imkan yaradacaq.
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
10 d. əvvəl
Ağdamda nəhəng quşçuluq layihəsi başlayır – “Agro Dairy”, AGROFERT və dövlət fondu anlaşdı
-
21 d. əvvəl
Azərbaycan Vyetnam şirkəti ilə iri yaşıl enerji layihələrinə hazırlaşır
- 45 d. əvvəl
-
54 d. əvvəl
Türkiyənin məşhur qida şəbəkəsi Azərbaycanda genişlənir – yeni filial açıldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 trilyon dollarlıq “Brookfield” Azərbaycanla yeni investisiya layihələrini müzakirə etdi
-
1 saat əvvəl
613 milyard dollarlıq investisiya nəhəngi Azərbaycanla yeni layihələri müzakirə etd
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanda “Ağıllı Su Şəbəkəsi” qurula bilər – Ağıllı sayğaclar, sızma nəzarəti, rəqəmsal modelləşdirmə – ANLAŞMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
1 trilyon dollarlıq “Brookfield” Azərbaycanla yeni investisiya layihələrini müzakirə etdi
Ən çox oxunanlar
613 milyard dollarlıq investisiya nəhəngi Azərbaycanla yeni layihələri müzakirə etd
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
Bank işçilərinin sayı 1038 nəfər artdı
Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq istəyir
Sentyabrın 26-da gözlənilən hava şəraiti
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə























