970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İndoneziya Azərbaycandan dəmir filizi almağı nəzərdən keçirir

Azərbaycanın dəmir filizi İndoneziya bazarına çıxa bilər. İndoneziyadan Azərbaycana mühüm təklif: Dəmir filizi tədarükü gündəmdədir. “AzerGold” üçün yeni ixrac bazarı: İndoneziya maraq göstərir
iç səhifə xəbər başlığı altı (mobil)_31
İndoneziya Azərbaycandan dəmir filizi almağı nəzərdən keçirir
iç səhifə xəbər şəkil altı (mobil)_32

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan və İndoneziya arasında dağ-mədən sahəsi üzrə əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi, investisiya tərəfdaşlığı və ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub.

Zakir İbrahimov səfirə “AzerGold” QSC-nin 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər və strateji inkişaf hədəfləri barədə ətraflı məlumat verib. Bildirilib ki, dövlətin diqqət və qayğısı nəticəsində Cəmiyyət geoloji kəşfiyyat, yataqların işlənməsi, hasilat, emal, istehsal obyektlərinin tikintisi və istismarı da daxil olmaqla dağ-mədən sənayesinin bütün dəyər zənciri üzrə müasir təcrübə və institusional potensial formalaşdırıb.

Qeyd olunub ki, növbəti inkişaf mərhələsində “AzerGold”un əsas prioritetlərindən biri beynəlxalq fəaliyyət coğrafiyasının genişləndirilməsi, xarici tərəfdaşlarla həm Azərbaycanda, həm də ölkə xaricində birgə layihələrin həyata keçirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin edilməsidir.

Zakir İbrahimov həmçinin Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün qəbul edilmiş Dövlət Proqramının bu sahənin inkişafı və xarici tərəfdaşlıq üçün yaratdığı imkanlar barədə danışıb. Berlian Helmi strateji sənədə istinad edərək, müəyyən edilmiş prioritetlərin İndoneziyanın dağ-mədən sənayesində həyata keçirilən inkişaf siyasəti ilə üst-üstə düşdüyünü bildirib.

Səfir İndoneziyanın sürətlə inkişaf edən metallurgiya sənayesinin böyük həcmdə dəmir filizi idxal etdiyini və ölkəsinin xammal tədarük mənbələrinin şaxələndirilməsində maraqlı olduğunu vurğulayıb. O, gələcəkdə Azərbaycandan dəmir filizi və yüksək əlavə dəyərli metallurgiya məhsullarının tədarükü imkanlarının nəzərdən keçirilə biləcəyini qeyd edib.

Tərəflər görüş çərçivəsində İndoneziyanın aparıcı dağ-mədən şirkətləri ilə mümkün tərəfdaşlıq modelləri istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə işgüzar əlaqələrin qurulması və əməkdaşlığın təşviqi barədə razılığa gəliblər. 

25.09.2026 20:48
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19