Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, bu, rəqabətədavamlı və gələcəyə hazır şəhərlərin yaradılmasının mühüm tərkib hissəsinə çevrilir: "Bu yanaşma xüsusilə Bakı nümunəsində aydın görünür. 2040-cı ilədək Bakı şəhərinin Baş Planı əsas mərkəz, regional və yerli köməkçi mərkəzlərdən ibarət, təkmilləşdirilmiş nəqliyyat infrastrukturu və yaşıl şəbəkələrlə dəstəklənən çoxmərkəzli (polisentrik), əlaqəli və balanslı şəhər baxışı müəyyən edir".
A.Quliyev qeyd edib ki, paytaxtın 212 min 300 hektarlıq bütün inzibati ərazisini əhatə edən bu plan yeni şəhər ərazilərinin inkişafı, mövcud ərazilərin bərpası və yeni investisiya imkanlarının yaradılması üçün uzunmüddətli çərçivə formalaşdırır: "Məqsəd sadəcə artımı təmin etmək deyil, həm də bu artımın keyfiyyətini və strukturunu formalaşdırmaqdır. Bu çevrilmənin vacib istiqamətlərindən biri keçmiş sənaye zonalarının bərpasıdır".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























