"Azərbaycana 30 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəlib"
Azərbaycana 30 trilyon ABŞ dollarından çox vəsaiti idarə edən investorlar gəlib.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bura dünyanın hər yerindən 30 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəliblər: "Təbii ki, onlar Azərbaycana investisiya yatırmaq üçün bütün mümkün variantları nəzərdən keçirirlər. Ümid edirik ki, belə bir forumun nəticəsində real layihələr meydana çıxacaq və investisiyalar olacaq".
O qeyd edib ki, forum çərçivəsində artıq 10 milyard dollardan çox potensial investisiya üzrə sənədlər imzalanıb: "Eyni zamanda, xüsusilə rəqəmsallaşma və transformasiya sahəsində daha böyük layihələr üçün müəyyən ilkin şərtlər də yaradılıb. Azərbaycanın üstünlüyü də məhz bundan ibarətdir ki, bizdə çoxlu və ucuz, gələcəkdə isə potensial olaraq yaşıl enerji var. Bu gün cənab Prezident də açıqlayıb ki, Azərbaycanda bərpa olunan elektrik enerjisi sahəsində enerji potensialı çox böyükdür".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
35 d. əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 49 d. əvvəl
-
3 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
4 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 6 saat əvvəl
-
6 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
7 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
7 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
7 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək





























