Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
“Global Infrastructure Partners” Azərbaycanın logistika və enerji imkanlarını qiymətləndirir.İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə “Global Infrastructure Partners” arasında əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin investisiya imkanları və regional layihələrdə iştirak məsələləri müzakirə olunub.
Müzakirələr zamanı Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika infrastrukturu və artan rəqəmsal imkanlarının beynəlxalq investisiyalar üçün yaratdığı perspektivlər diqqətə çatdırılıb.
Logistika, ənənəvi və bərpa olunan enerji, rəqəmsal infrastruktur və data mərkəzləri istiqamətində birgə investisiya imkanları nəzərdən keçirilib. Bu sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi, həmçinin regional əhəmiyyətli investisiya layihələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























