970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verdiyini açıqlayıb. O, oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərinə Serbiya Tərəqqi Partiyasının (SNS) siyahısı ilə qatılacağını bildirib.

Marja.az xəbər verir ki, Vuçiç Prezident Administrasiyasının binası qarşısında vətəndaşlara müraciət edərək istefa qərarını imzaladığını deyib. Yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini Milli Məclisin sədri Ana Brnabiç icra edəcək.

Vuçiç prezident seçkisinin ilk turunun dekabrın sonunadək keçirilməli olduğunu bildirib: “Siz mənə bir insanın üzərinə götürə biləcəyi ən ali vəzifəni və məsuliyyəti verdiniz. Bu gün istefamı təqdim etdiyim gündür”.

O, oktyabrın 25-dəki növbədənkənar parlament seçkilərinə adi vətəndaş kimi qatılmaq istədiyini söyləyib və seçkidən sonra ölkədə sülhün və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

“İqtisadi inkişafı davam etdirməliyik”

Vuçiç Serbiyanın iqtisadi inkişafının davam etdirilməsinin əhəmiyyətinə də toxunub:

“Etimadı kim qazanırsa qazansın, bunu seçki siyahılarından birinin başında duran şəxs kimi deyil, prezident kimi deyirəm: sülhü və sabitliyi qorumalı olacaq. İqtisadi inkişafı davam etdirməliyik. Ancaq iqtisadi inkişafdan danışarkən, ilk növbədə innovasiyalara, süni intellektə, robotlara diqqət yetirməli və gecikməməliyik”.

Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək. Vuçiç bu seçkidə Serbiya Tərəqqi Partiyasının siyahısı ilə iştirak edəcək. Reuters-in məlumatına görə, partiyası yeni hökuməti formalaşdırarsa, onun baş nazir vəzifəsinə gəlməsi mümkündür. Reuters

Aleksandar Vuçiç Serbiya Prezidenti Vuçiçin istefası Serbiyada seçkilər Serbiya Tərəqqi Partiyası Ana Brnabiç 25 oktyabr seçkiləri.
28.09.2026 08:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar