Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
Bir ildə 105 min yeni nəqliyyat vasitəsi — avtomobil parkı sürətlə genişlənir. Azərbaycanda hər 1000 nəfərə artıq 188 avtomobil düşür.Azərbaycanda nəqliyyat vasitələrinin sayı 2 milyona yaxınlaşıb. Xüsusilə hibrid və plaq-in hibrid avtomobillərin sayında kəskin artım qeydə alınıb.
Marja.az Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin sonunda ölkədə nəqliyyat vasitələrinin ümumi sayı 1 milyon 978 min 316 ədədə çatıb.
2024-cü ilin sonunda bu göstərici 1 milyon 873 min 405 ədəd təşkil etmişdi. Beləliklə, bir il ərzində nəqliyyat vasitələrinin sayı 104 min 911 ədəd və ya 5,6% artıb.
Avtomobillərin sayı 1 milyon 934 mini keçib
2025-ci ilin sonunda Azərbaycanda avtomobillərin sayı 1 milyon 934 min 598 ədəd olub. 2024-cü ildə avtomobillərin sayı 1 milyon 833 min 874 ədəd idi. Bir il ərzində avtomobil parkı 100 min 724 ədəd və ya 5,5% böyüyüb.
Minik avtomobillərinin sayı 1 milyon 676 mini ötüb
Minik avtomobillərinin sayı 2024-cü ildəki 1 milyon 585 min 265 ədəddən 2025-ci ildə 1 milyon 676 min 80 ədədə yüksəlib. Beləliklə, minik avtomobillərinin sayı bir ildə 90 min 815 ədəd və ya 5,7% artıb.
Şəxsi minik avtomobillərinin sayı isə 1 milyon 494 min 819 ədəddən 1 milyon 577 min 157 ədədə çatıb. Artım 82 min 338 ədəd və ya 5,5% təşkil edib.
Hibrid avtomobillərin sayı 2 dəfə artıb
2025-ci ilin ən diqqətçəkən tendensiyası hibrid avtomobillərdə qeydə alınıb. 2024-cü ilin sonunda Azərbaycanda 66 min 385 hibrid minik avtomobili olduğu halda, 2025-ci ilin sonunda onların sayı 133 min 353 ədədə çatıb. Beləliklə, hibrid avtomobillərin sayı cəmi bir ildə 66 min 968 ədəd və ya 100,9% artaraq iki dəfədən çox olub.
Plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb
Daha yüksək artım plaq-in hibrid avtomobillər üzrə qeydə alınıb. 2024-cü ilin sonunda Azərbaycanda 9 min 749 plaq-in hibrid avtomobili var idisə, 2025-ci ilin sonunda onların sayı 59 min 772 ədədə yüksəlib.
Bir il ərzində plaq-in hibrid avtomobillərin sayı 50 min 23 ədəd və ya 513,1% artıb. Başqa sözlə, bu kateqoriyadakı avtomobillərin sayı 6 dəfədən çox olub.
Elektrik avtomobillərinin sayı 8 mini keçib
Elektrik mühərrikli minik avtomobillərinin sayı da artmaqda davam edib. 2024-cü ildə ölkədə 5 min 941 elektrik mühərrikli minik avtomobili olduğu halda, 2025-ci ildə onların sayı 8 min 215 ədədə çatıb. Artım 2 min 274 ədəd və ya 38,3% təşkil edib.
Avtobus və yük avtomobillərinin sayı da artıb
Azərbaycanda avtobusların sayı 2024-cü ildəki 32 min 107 ədəddən 2025-ci ildə 33 min 186 ədədə yüksəlib. Artım 1 min 79 ədəd və ya 3,4% olub. Yük avtomobillərinin sayı isə 186 min 161 ədəddən 192 min 738 ədədə çatıb. Bir il ərzində onların sayı 6 min 577 ədəd və ya 3,5% artıb.
Xüsusi təyinatlı avtomobillərin sayı 15 min 292 ədəddən 16 min 372 ədədə yüksəlib. Artım 7,1% təşkil edib.
Digər kateqoriyaya aid avtomobillərin sayı isə 15 min 49 ədəddən 16 min 222 ədədə çataraq 7,8% artıb.
Motosikletlərin sayı 22,5% artıb
2025-ci ildə motosikletlərin sayında da nəzərəçarpacaq artım olub. 2024-cü ilin sonunda onların sayı 10 min 822 ədəd olduğu halda, 2025-ci ilin sonunda 13 min 258 ədədə yüksəlib. Beləliklə, motosikletlərin sayı 2 min 436 ədəd və ya 22,5% artıb.
Qoşqu və yarımqoşquların sayı isə 28 min 709 ədəddən 30 min 460 ədədə çatıb. Artım 6,1% olub.
Hər 1000 nəfərə 188 avtomobil düşür
Statistikaya əsasən, 2025-ci ildə Azərbaycanda hər 1000 nəfərə düşən avtomobillərin sayı 188-ə yüksəlib. 2024-cü ildə bu göstərici 179 idi. Hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı isə 155-dən 163-ə yüksəlib. Hər 100 ev təsərrüfatına düşən şəxsi minik avtomobillərinin sayı 2024-cü ildə 65 olduğu halda, 2025-ci ildə 69-a çatıb. Hər 1 kilometr şosse yoluna düşən avtomobillərin sayı isə 88-dən 93-ə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























