970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakının mərkəzində yeni qadağa: avtomobillərin hərəkətinə məhdudiyyət artıq bütün günlər olacaq

Bu çərçivədə 2 ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.Dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil edilir. Təşəbbüsün əsas məqsədi şəhərin piyada zonalarının arasında əlaqəliliyin təmin edilməsi, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şəraitin yaradılması, şəhər mərkəzində ekoloji cəhətdən daha təmiz mühitin formalaşdırılması, eləcə də ərazinin turizm və biznes potensialının artırılmasıdır.
AzVak-mobil_resmin_ustu_31
Bakının mərkəzində yeni qadağa: avtomobillərin hərəkətinə məhdudiyyət artıq bütün günlər olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək.

"Marja" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Reklam_3_11

Məlumata görə, mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi məqsədilə mərkəzi küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftəsonları ilə yanaşı, Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.

Dəyişikliklər, Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil ediləcək.

Bu təşəbbüs piyada zonaları arasında əlaqəliliyin artırılmasına, daha rahat və təhlükəsiz şəhər mühitinin yaradılmasına, şəhər mərkəzinin turizm və biznes potensialının inkişafına xidmət edir.

Fərdi parklanma talonuna malik sakinlərin, operativ, tibbi, kommunal, logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.

Yeni qaydalar oktyabrın 5-dən test rejimində tətbiq olunacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bakı avtomobil məhdudiyyəti Bakıda hərəkət məhdudiyyəti AYNA piyada zonaları Zərifə Əliyeva küçəsi Rəsul Rza küçəsi Əbdülkərim Əlizadə küçəsi Hacı Zeynalabdin Tağıyev küçəsi Tərlan Əliyarbəyov küçəsi Yusif Məmmədəliyev küçəsi Bakı mərkəzi küçələri oktyabrın 5-i test rejimi avtomobilsiz zona şəhər mobilliyi parklanma talonu.
28.09.2026 14:16
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar