İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
"P-Aqro”nun ixracı 27,3 milyon dollara çatdı – artım tempi zəifləyib2026-cı ilin yanvar-avqust aylarında “P-Aqro” MMC-nin ixracı 27,3 milyon ABŞ dolları təşkil edib.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə göstərici 26,7 milyon dollar olmuşdu. Beləliklə, ixrac cəmi 600 min dollar və ya 2,25% artıb.
“P-Aqro” ilk onluqda artım tempinə görə ən zəif dinamika göstərən şirkətdir.
Maraqlıdır ki, 2026-cı ilin yanvar-may aylarında şirkətin ixracı 21,6 milyon dollar olmuş və illik artım 27,8% təşkil etmişdi. Yanvar-avqustda isə artım tempi 2,25%-ə qədər zəifləyib.
Bu o deməkdir ki, 2025-ci ilin iyun-avqust dövründə şirkətin ixrac bazası yüksək olub və 2026-cı ilin sonrakı aylarındakı əlavə satışlar həmin bazanı cüzi üstələyib.
Şirkət haqqında qısa arayış
“P-Aqro” MMC pambıqçılıq və pambığın emalı sahəsində fəaliyyət göstərən aqrar şirkətlərdən biridir. Cəmiyyətin tabeliyində 17 filial və 2 pambıq emalı zavodu fəaliyyət göstərir. Zavodlar Saatlı və Ucar rayonlarında yerləşir. Saatlı Pambıq Emalı Zavodunun illik emal gücü 20 min ton, Ucar Pambıq Emalı Zavodunun isə illik emal gücü 40 min ton xam pambıq təşkil edir. Beləliklə, şirkətin iki zavod üzrə ümumi illik xam pambıq emalı gücü 60 min tondur. “P-Aqro” MMC-nin filialları Salyan, Ağdam, Ağsu, Zərdab, Bərdə, Füzuli, Hacıqabul, Sabirabad, Saatlı, Ağcabədi, Biləsuvar, Ucar, Kürdəmir, Beyləqan, Yevlax, İmişli və Neftçala rayonlarında fəaliyyət göstərir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
28 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 45 d. əvvəl
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























