Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
“Azərpambıq” ixracını 76,5% artırıb2026-cı ilin yanvar-avqust aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixracı 45,9 milyon ABŞ dolları olub.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə şirkətin ixracı 26 milyon dollar təşkil etmişdi. Beləliklə, ixrac 19,9 milyon dollar və ya 76,5% artıb.
“Azərpambıq” ilk 10 dövlət ixracatçısı arasında faizlə ən yüksək artım göstərən iri müəssisələrdən biridir.
Ölkə üzrə pambıq iplik ixracının 62,2%, pambıq lifinin ixracının isə 17,8% artdığı bir dövrdə “Azərpambıq”ın 76,5%-lik yüksəlişi şirkətin ümumi pambıq ixracı dinamikasını əhəmiyyətli dərəcədə üstələdiyini göstərir.
Şirkətin öz saytında da 2026-cı ildə ixrac gəlirlərinin 75%-dən çox artdığı xüsusi qeyd olunub.
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC pambıq istehsalı, emalı və aqrar fəaliyyətlə məşğuldur. Şirkətin müəssisələri Şirvan-Salyan, Mil-Muğan, Mərkəzi Aran, Qarabağ və Gəncə-Daşkəsən iqtisadi rayonlarını əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























