Laçında təxminən 50 milyon manatlıq yaşayış layihəsi
Laçında Qorçu qəsəbəsinin tikintisinə 49,6 milyon manat ayrılması nəzərdə tutulur. Qorçu qəsəbəsinə 49,6 milyon manatlıq investisiya – Tender elan edildi“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Qorçu qəsəbəsinin tikintisinin I mərhələsi üzrə açıq tender elan edib.
Marja.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, satınalmanın predmeti “Qorçu qəsəbəsinin tikintisi (I mərhələ) (Fərdi yaşayış evləri)”dir.
Tender üzrə ehtimal olunan qiymət 49 milyon 595 min 510 manat 19 qəpik təşkil edir. Satınalma “tək ailəli yaşayış binalarının tikintisi işləri” təsnifat kodu üzrə həyata keçirilir.
Müsabiqə 29 sentyabr 2026-cı il tarixində elan edilib. Təkliflərin son təqdim olunma tarixi 13 noyabr 2026-cı il saat 17:00-dır. Tender zərfləri də həmin tarixdə və saatda açılacaq.
Satınalmanı elan edən “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin hüquqi ünvanı Laçın şəhəridir.
Tender sənədlərində göstərilən məlumatlardan görünür ki, satınalma Qorçu qəsəbəsinin I mərhələsində fərdi yaşayış evlərinin tikintisini əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























