SOCAR Green-in layihələri sığortalana bilər
SOCAR Green xarici investisiyaların riskini azaltmaq üçün ICIEC ilə danışıqlar aparırİnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Green" MMC bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını, o cümlədən "yaşıl investisiya"ların cəlb edilməsi və Azərbaycanda layihələrin maliyyələşdirilməsi zamanı risklərin azaldılması üçün sığorta alətlərinin tətbiqi məsələsini müzakirə ediblər.
Nüzakirələr Azərbaycanda səfərdə olmuş korporasiyanın baş direktoru Xalid Xələfalla və "SOCAR Green"in baş direktoru Elmir Musayevin görüşündə baş tutub.
Tərəflər potensial tərəfdaşlıq istiqamətlərini, o cümlədən ICIEC-nin siyasi risklərdən və ödəniş öhdəliklərinin yerinə yetirilməməsi risklərindən sığortalanma alətlərinin tətbiqini nəzərdən keçiriblər. Bu, investisiyaların səfərbər edilməsi, layihə risklərinin azaldılması və banklar tərəfindən "yaşıl layihə"lərin maliyyələşdirilməsi dayanıqlığının artırılmasına imkan verəcək.
ICIEC-dən qeyd ediblər ki, əməkdaşlıq Azərbaycanın bərpa olunan enerjinin inkişaf prioritetlərinə və SOCAR-ın ekoloji strategiyasına uyğundur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























