970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Prezident geri qaytardı, layihə təkmilləşdirildi, yenidən parlamentə təqdim edildi - vergi güzəştləri gündəmdə

Prezidentin köməkçisi geri qaytarılan qanundan danışdı.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident geri qaytardı, layihə təkmilləşdirildi, yenidən parlamentə təqdim edildi - vergi güzəştləri gündəmdə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bildiyiniz kimi, 2026-cı il 14 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunan rəqəmsal texnologiyalar sahəsində güzəşt və imtiyazlar nəzərdə tutan 453 nömrəli qanun Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb”. 

Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında bildirib.

“Bu müddət ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrar müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. Qanun layihəsinə yenidən baxılması üçün Milli Məclisə qaytarılması onun müddalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizminin dəqiqləşdirilməsinə şərait yaradıb. Təqdim olunan layihə məhz bu çağırışa cavab verməyə yönəlib. 

Layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və güzəştlərlə məhdudlaşmır, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrinin vahid təşviq yanaşması ilə birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”, - Prezidentin köməkçisi qeyd edib.

Millət vəkili əlavə edib ki, qanunun müzakirəsi, həmçinin, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilib və komitənin müvafiq rəyi hazırlanıb: “Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir və hörmətli millət vəkillərini bu redaksiyanı dəstəkləməyə çağırıram”.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© “Qafqazinfo” 

rəqəmsal texnologiyalar vergi güzəştləri Şahmar Mövsümov Milli Məclis süni intellekt kibertəhlükəsizlik innovasiya texnologiyalar parkı rəqəmsal səyyah İT sektoru vergi güzəşti rəqəmsal iqtisadiyyat investorlar yüksəkixtisaslı mütəxəssislər Azərbaycan.
30.09.2026 12:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19