“Made in Azerbaijan” üçün yeni əməkdaşlıq memorandumu imzalandı
Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıbYerli istehsalın təşviqi və tikinti materialları sənayesinin rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni tərəfdaşlıq addımı atılıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi ASK-nın Baş Katibi Ziya Hacılı və ATMİA-nın Baş Katibi Şahanə Sarı imzalayıblar.
Memorandumun əsas məqsədi tərəflər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın qurulması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yerli istehsalın təşviqi və ölkədə biznes mühitinin inkişafına töhfə verilməsidir. Bu tərəfdaşlıq tikinti materialları sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sənədin əsas istiqamətləri birgə təşəbbüslər, “Made in Azerbaijan” brendinin dəstəklənməsi, dövlət-özəl dialoqunda, müvafiq qanunvericiliyin təkmilləşdirilməsində əməkdaşlığın gücləndirilməsi, birgə forumlar, konfranslar, sərgilər, biznes görüşləri, təlimlər və seminarların təşkilini nəzərdə tutur.
Anlaşma Memorandumu qarşılıqlı etimad, şəffaflıq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Tərəflər müəyyən olunmuş məqsədlərə çatmaq üçün birgə fəaliyyət planları hazırlamağı və işçi qrupları yaratmağı planlaşdırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























