Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Quba-Xəzəryanı zonasında neft-qaz ehtiyatlarının dəqiq həcmi müəyyənləşdiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Quba-Xəzəryanı zonasında neft-qaz ehtiyatlarının dəqiq həcmi müəyyənləşdiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Quba-Xəzəryanı zonasında neft-qaz ehtiyatlarının dəqiq həcmi müəyyənləşdiriləcək

Bunu deputat Asif Əsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, "Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba-Xəzəryanı" MMC arasında Saziş" ölkəmizin energetika sektorunun, eləcə də respublika iqtisadiyyatının uzunmüddətli inkişaf dinamikası baxımından olduqca mühüm əhəmiyyət kəsb edir: "Quba, Qusar, Şabran, Siyəzən və Xızı ərazilərini əhatə edən Quba-Xəzəryanı zonasında yerləşən neft-qaz yataqlarının müştərək tədqiqi və gələcəkdə səmərəli işlənilməsi məqsədilə bağlanmış bu razılaşma qurudakı resurslarımızın səmərəli idarə olunmasına yönəlmiş prinsipial addımdır".

O qeyd edib ki, sənədin ana xəttini həmin coğrafi zonada karbohidrogen ehtiyatlarının dəqiq müəyyənləşdirilməsi, kommersiya baxımından əhəmiyyətli həcmlərinin aşkarlanması və onların hasilatın pay bölgüsü prinsipi əsasında işlənilməsi təşkil edir: "SOCAR ilə xarici tərəfdaşlar arasında formalaşan bu uzunmüddətli tərəfdaşlıq modeli qabaqcıl geoloji kəşfiyyat təcrübəsinin və innovativ texnologiyaların ölkəmizə cəlb olunmasına geniş imkanlar açır. İlk mərhələdə nəzərdə tutulan geoloji-qravimetrik və seysmik ölçmə işləri həmin zonanın geoloji quruluşunu dəqiqləşdirməyə və neft-qaz potensialını tam spektri ilə qiymətləndirməyə şərait yaradacaqdır".

A.Əsgərov bildirib ki, bütün bu texniki hazırlıq prosesi gələcək qazma əməliyyatları üçün möhkəm zəmin hazırlayır və layihənin ardıcıl olaraq səmərəli hasilat mərhələsinə keçməsini təmin edir: "Nəzərdə tutulan geoloji kəşfiyyat və hasilat fəaliyyəti təkcə energetika sahəsi ilə məhdudlaşmır, eyni zamanda regional miqyasda böyük iqtisadi canlılıq yaratmaq gücünə malikdir. Şimal zonasında iş yerlərinin yaradılması, yerli mütəxəssislərin və işçi qüvvəsinin bu prosesə cəlb edilməsi, tikinti, logistika və xidmət infrastrukturlarının fəallaşması bilavasitə həmin rayonlarımızın sosial-iqtisadi göstəricilərinə müsbət təsir göstərəcək".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Report

30.09.2026 15:33
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19