Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABB-nin transformasiyası dünyada dərs nümunəsinə çevrildi ®

Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib. ABB 5 ildə böyük rəqəmsal sıçrayış edib – nəticələr beynəlxalq məktəbdə öyrənilir. ABB məhsul hazırlama müddətini 243 gündən 59 günə endirib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB-nin transformasiyası dünyada dərs nümunəsinə çevrildi ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dünyanın ən nüfuzlu biznes məktəblərindən olan IE Biznes Məktəbində (IE Business School) ABB-nin transformasiya təcrübəsinin tədris nümunəsi (case-study) kimi öyrənilməsinə başlanıb.

IE Biznes Məktəbinin professoru Antonio Zabaleta Morenonun hazırladığı nümunə “ABB-nin yeni inkişaf mərhələsi: artımın miqyasının və yolunun seçilməsi” (ABB Bank’s next frontier: Choosing the scope and path of growth) adlanır. Burada Bankın son illərdə uğurla həyata keçirdiyi strateji və rəqəmsal transformasiya prosesi, ABB-də Agile əməliyyat modelinin tətbiqi, texnoloji yenilənmə və süni intellekt əsaslı inkişaf istiqamətləri tələbələrə real biznes təcrübəsi kimi təqdim olunur.

Tədris nümunəsi ABB-nin 2016-cı ildəki mürəkkəb vəziyyətdən transformasiya yolu ilə yeni inkişaf mərhələsinə çata bilməsini və 2026–2028-ci illər üzrə qarşıya qoyduğu strateji hədəfləri əhatə edir.

Professor Antonio Zabaleta Moreno materialı hazırlayarkən ABB-nin transformasiya uğurunun konkret göstəricilərinə istinad edib. Bunlardan biri 5 il ərzində Bankın mobil tətbiqinin istifadəçi sayında 16 dəfə artımın baş verməsidir. Belə ki, ABB mobile tətbiqinin istifadəçi sayı 2020-ci ildəki təxminən, 171 mindən 2025-ci ildə 2,6 milyona qədər artıb. Tətbiqin reytinqi 1,2-dən 4,9-a yüksəlib. ABB-nin rəqəmsal kanallar üzrə müştəri məmnuniyyəti (NPS) göstəricisi 48-dən 77-yə çatıb.

Bank Agile transformasiyanı da uğurla reallaşdırıb. Hazırda Bankda 14 Agile sahə, 80-dən çox Agile squad fəaliyyət göstərir. Çevik iş tərzi sayəsində ABB-də yeni məhsulun hazırlanaraq bazara çıxarılması müddəti 243 gündən 59 günə qədər azaldılıb.

Bankın 2019-cu ildə yaratdığı ABB Tech Akademiyasını 1113-dən çox məzun bitirib və həmin məzunların 83%-i işlə təmin olunub.

Tədris nümunəsində ABB-nin növbəti inkişaf mərhələsinin əsas istiqamətləri kimi süni intellekt həllərinin geniş tətbiqi, rəqəmsal imkanların genişləndirilməsi, yeni bazarlara çıxış və həyat tərzi tərəfdaşı olaraq müştərilərin gündəlik həyatına inteqrasiya edilən xidmətlərin inkişafı nəzərdən keçirilir.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB-nin keçdiyi transformasiya yolu artıq yalnız Bankın inkişaf tarixinin bir hissəsi deyil, beynəlxalq biznes məktəbində öyrənilən real idarəetmə təcrübəsinə çevrilib. Bu nəticənin arxasında komandamızın illər ərzində göstərdiyi əzm, dəyişikliklərə açıq yanaşma və daha yaxşısını qurmaq ambisiyası dayanır. Bu, bizim üçün böyük qürurdur. Mənim üçün xüsusilə dəyərlidir ki, IE Business School-da tələbələr ABB-nin necə dəyişməsi ilə yanaşı, növbəti inkişaf mərhələsində qarşıda duran strateji seçimləri də müzakirə edəcəklər. ABB təcrübəsinin beynəlxalq akademik mühitdə müzakirə olunması göstərir ki, keçdiyimiz transformasiya yolu artıq öz sərhədlərimizi aşaraq daha geniş biznes icması üçün də maraq doğurur”.

Professor Antonio Zabaleta Moreno qeyd edib: “Bu keysin hazırlanması mənim üçün çox dəyərli və məmnunedici təcrübə oldu. Möhtəşəm əməkdaşlığa görə ABB-yə dərin minnətdarlığımı bildirirəm. ABB təsirli transformasiya yolu keçmiş innovativ qurumdur. Rəqəmsal həlləri, süni intellekti fəaliyyətinin tam mərkəzinə qoymuş bu bankın gələcəyini formalaşdıran strateji qərarların araşdırılmasını tələbələrdən səbrsizliklə gözləyirəm”.

ABB-nin bu uğuru, ümumilikdə Azərbaycanın bank sektorunda həyata keçirilən rəqəmsal və təşkilati dəyişikliklərin qlobal akademik sferalarda öyrənilməsi baxımından əhəmiyyətli faktdır.

Tədris nümunəsi ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

ABB IE Business School ABB transformasiya ABB mobile Agile rəqəmsal transformasiya süni intellekt Abbas İbrahimov Antonio Zabaleta Moreno ABB Tech Akademiyası bank sektoru rəqəmsal bankçılıq
05.10.2026 12:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar