3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
“International Leasing”in bütün yeni səhmləri alınıb. 20 min səhm 3 investor arasında bölüşdürülüb“International Leasing” ASC-nin Bakı Fond Birjasında (BFB) 1 milyon manat həcmində səhm yerləşdirilməsi uğurla başa çatıb.
Marja.az xəbər verir ki, şirkətin səhmlərinin ticarətə buraxılması barədə qərar BFB-nin Listinq Komitəsi tərəfindən 25 sentyabr 2026-cı il tarixində qəbul edilib.
Səhmlərə abunə yazılışı sentyabrın 30-da başlayıb və oktyabrın 2-də, yəni 3 iş günü ərzində yekunlaşıb. Qiymətli kağızların yerləşdirilməsi isə 5 oktyabr 2026-cı il tarixində başa çatdırılıb.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 50 manat olan 20 min ədəd adi, sənədsiz adlı səhm yerləşdirilib. Buraxılışın ümumi həcmi 1 milyon manat təşkil edib.
Yerləşdirmə tam həcmdə baş tutub
BFB-nin məlumatına əsasən, səhmlərin reallaşdırılmış həcmi də 1 milyon manat olub. Beləliklə, emissiyanın bütün həcmi yerləşdirilib.
Yerləşdirmə zamanı ümumilikdə 3 investor tərəfindən 3 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi həcmi 1 milyon manat təşkil edib.
Bu göstəricilər təklif olunan 20 min səhmin hamısının investorlar tərəfindən alındığını göstərir.
Səhmlər Standart Bazar seqmentində ticarət olunacaq
“International Leasing” ASC-nin səhmləri Bakı Fond Birjasının Standart Bazar Listinq seqmentinə daxil edilib.
Səhmlərin ISIN kodu AZ1002023237-dir.
Yerləşdirmənin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub.
Beləliklə, “International Leasing” ASC kapital bazarı vasitəsilə 1 milyon manat həcmində vəsait cəlb edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























