Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İri banka Baş direktorlar təyin edilib

AzVak-mobil_resmin_ustu_31
İri banka Baş direktorlar təyin edilib
Fotoda solda Fariz Rəhimov, sağda Ülvi Qasımov
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ülvi Qasımov Azərbaycan Beynəlxalq bankının (ABB) Baş direktoru vəzifəsinə təyin edilib.

Ülvi Qasımov 2026-cı ilin iyunundan “ABB Invest İnvestsiya Şirkəti” ASC-nin və “ABB Lizinq” ( “Beynəlxalq Lizinq” QSC) Müşahidə Şurasının üzvüdür.

O, 2024-cü ilin iyunundan ABB-də Korporativ və KOS Ofisinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl 2018-ci ilin mayından 2024-cü ilin iyununadək bankın Korporativ Biznes Departamentinin direktoru, 2017-ci ilin fevralından 2018-ci ilin mayınadək isə İdarə Heyəti sədrinin müşaviri olub.

Ülvi Qasımov bank sektorunda fəaliyyətinə 2006-cı ildə “Parabank” ASC-də aparıcı kredit mütəxəssisi kimi başlayıb. 2008-ci ildən “Unibank”da müxtəlif vəzifələrdə çalışıb və 2016-cı ildə Korporativ Bankçılıq üzrə Kreditləşmə şöbəsinin rəhbəri olub.

Ülvi Qasımov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr, Maliyyə bazarları üzrə magistr təhsili alıb.

İş elanları AzVak.az-da

 Fariz Rəhimov da ABB-nin Baş direktoru vəzifəsinə təyin edilib.

O, 2024-cü ilin iyun ayından indiyə kimi ABB-də Risk ofisinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl, 2019-cu ilin dekabr ayından 2024-cü ilin iyun ayınadək bankın Risklərin idarə edilməsi departamentinin direktoru, 2018-ci ilin may ayından 2019-cu ilin dekabr ayınadək isə həmin departamentin direktor müavini kimi fəaliyyət göstərib.

F.Rəhimov ABB-dəki fəaliyyətinə 2011-ci ilin noyabr ayında başlayıb və 2018-ci ilin may ayınadək bankda Kredit və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bundan başqa, F. Rəhimov 2026-cı ilin iyun ayından “ABB Invest” İnvestisiya Şirkətinin Müşahidə Şurasının üzvü, 2023-cü ilin yanvar ayından isə “Azərikard” MMC-nin Audit komitəsinin üzvüdür.

Bank sektorundakı karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayan F. Rəhimov 2005-2010-cu illərdə bu qurumda müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Fariz Rəhimov Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr, İngiltərənin “Durham” Universitetində maliyyə üzrə magistr təhsili alıb. O, həmçinin “Warwick Business School”da Executive MBA proqramını bitirib.

İş elanları AzVak.az-da

© "Banker"

Banker.az xəbər verir ki
05.10.2026 15:48
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar