970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi

AzVak-mobil_resmin_ustu_31
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bolqarıstanın Qara dəniz sahillərində pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalan iki ticarət gəmisindən biri batıb. İtkin düşən ekipaj üzvlərinin axtarışına başlanılıb.

Marja.az xəbər verir ki, Bolqarıstan mətbuatının məlumatına görə, Müqəddəs Atanas burnu ilə Byala şəhərinin şərqindəki sularda baş verən hücum zamanı Toqo bayrağı altında üzən “ALFA WATAN” və Palau bayraqlı “ABLE” yük gəmiləri hədəfə alınıb.

İlkin məlumatlara əsasən, hücum nəticəsində ağır konstruktiv zədələr alan “ALFA WATAN” Bolqarıstan sahillərində batıb. Gəminin ekipajının vəziyyəti barədə hələlik dəqiq məlumat yoxdur.

18 dənizçi xilas edilib

Hücumun digər hədəfi olan “ABLE” gəmisində isə yanğın baş verib. Gəmidə olan 18 nəfərlik ekipaj gəmini tərk etmək məcburiyyətində qalıb. Bolqarıstan bayrağı altında üzən “DIOSCURIA” sərnişin bərəsi hadisə yerinə yönləndirilib və “ABLE” gəmisindəki 18 dənizçini xilas edib.

Xilas edilən dənizçilər arasında yaralıların da olduğu bildirilir.

Bolqarıstan hökumətinin mətbuat xidmətinin açıqlamasına görə, hadisə ilə əlaqədar Müdafiə, Daxili İşlər, Nəqliyyat, Ətraf Mühit və Su nazirliklərinin, həmçinin Prezident Administrasiyası və təhlükəsizlik qurumlarının nümayəndələrinin iştirakı ilə toplantının keçirilməsi nəzərdə tutulur.

Gəmilərdən biri buğda daşıyırmış

Məlumata görə, Bolqarıstan sahillərində vurulan gəmilərdən biri buğda yükü daşıyıb. Bloomberg News-in məlumatına əsasən, Bolqarıstan rəsmiləri hücumun hansı mənbədən həyata keçirildiyinə dair hələlik əlavə təfərrüat açıqlamayıblar.

Bolqarıstan Qara dəniz PUA hücum
06.10.2026 13:54
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19