Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib

Oqtay Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib.
AzVak-mobil_resmin_ustu_31
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Səhiyyə sahəsində 30 ildən artıq təcrübəyə malik Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib.

O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert və rəhbər vəzifələrdə çalışıb.

2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki Baş Qərargahında, Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında, o cümlədən Danimarka və Özbəkistanda çalışıb. Son illərdə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Oqtay Gözəlov səhiyyə sistemlərinin idarə olunması və gücləndirilməsi, tibbi xidmətlərin təşkili, ictimai səhiyyə proqramlarının idarə olunması, strateji planlaşdırma, fövqəladə vəziyyətlərdə səhiyyənin təşkili və beynəlxalq əməkdaşlıq sahələrində təcrübəyə malikdir. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Oqtay Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yeni direktor direktor təyinatı səhiyyə Ümumdünya Səhiyyə Təşkilatı ÜST təcili tibbi yardım Sərhədsiz Həkimlər Beynəlxalq Qızıl Xaç Komitəsi KfW İnkişaf Bankı səhiyyə sistemi ictimai səhiyyə
06.10.2026 14:14
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19