Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
BitMEX-in keçmiş rəhbəri AI bumunun çöküşlə nəticələnəcəyini gözləyir. Arthur Hayes-dən xəbərdarlıq edib ki, AI investisiyalarında ifrat artım Bitcoin-i yüksəldə bilər.BitMEX-in keçmiş baş direktoru, “Maelstrom” kripto investisiya şirkətinin həmtəsisçisi və investisiya direktoru Arthur Hayes hesab edir ki, hazırda süni intellekt infrastrukturu üçün trilyonlarla dollar həcmində həddindən artıq investisiya edilir və bu proses sonda bazarda artıq güclərin yaranmasına, böhrana və sonradan xilasetmə tədbirlərinə gətirib çıxara bilər.
Marja xəbər verir ki, Hayes Sinqapurda keçirilən “Gamma Prime Investing Conference” çərçivəsində sualları cavablandırarkən bildirib ki, bəşəriyyət süni intellekt məlumat mərkəzlərinin tikintisinə “trilyonlarla dolları boşuna xərcləyir”. Onun fikrincə, hazırkı kütləvi infrastruktur quruculuğu nəticəsində hesablama gücü gələcəkdə son dərəcə ucuz və bol olacaq.
Hayes hesab edir ki, əvvəlki böyük texnoloji dalğalarda olduğu kimi, AI infrastrukturu da həddindən artıq qurula bilər. Onun ssenarisinə görə, əvvəlcə investisiya bumu, daha sonra artıq təklif və böhran, ardınca isə maliyyə sisteminə yeni likvidlik axını baş verə bilər. Hayes belə bir halda Bitcoin və digər kriptovalyutaların əsas faydalanan aktivlər arasında ola biləcəyini düşünür.
Onun sözlərinə görə, 2027-ci ilin sonu və ya 2028-ci il kritik mərhələ ola bilər. Hayes bunu hazırda tikilməkdə olan məlumat mərkəzlərinin böyük hissəsinin həmin dövrdə istifadəyə verilməsi ilə əlaqələndirir. Bu zaman süni intellekt şirkətlərinin götürdükləri hesablama gücü öhdəliklərinin real gəlirlərlə nə qədər təmin olunduğu daha aydın görünə bilər.
Hayes xüsusilə “OpenAI”, “Anthropic” və digər böyük AI layihələrinin sürətlə artan hesablama xərclərinə diqqət çəkib. Bununla yanaşı, o etiraf edib ki, süni intellekt bumuna avadanlıq təmin edən bəzi şirkətlər, o cümlədən yaddaş çipi istehsalçıları və “Nvidia” artıq ciddi gəlirlər əldə edirlər. Onun fikrincə, investorlar üçün əsas məsələ həmin şirkətlərin gələcək mənfəətinə hansı qiymətləndirmə əmsalı ilə yatırım edilməsidir.
Hayes AI şirkətlərinin səhmlərinin ucuzlaşmasına mərc etməyi və ya onları “short” etməyi də cəlbedici investisiya strategiyası hesab etmir. Onun əsas tezisi ondan ibarətdir ki, böyük texnoloji infrastruktur dalğaları tarixən tez-tez həddindən artıq investisiya ilə müşayiət olunub.
Hayes bu prosesin kriptovalyuta bazarında yeni imkanlar yaradacağını da düşünür. O, süni intellekt agentləri üçün ödəniş və hesablama gücü bazarı yaratmağa yönəlmiş “Flop” layihəsi üzərində işləyir. Layihənin 2027-ci ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır. İdeyaya əsasən, iştirakçılar GPU resursları və AI inferensiyası təqdim etməklə “Flop” tokenləri əldə edə biləcəklər.
Hayes-in proqnozu hazırkı AI investisiya bumuna dair artan narahatlıqlarla üst-üstə düşür. Son dövrlərdə bir sıra investorlar və iqtisadçılar süni intellekt infrastrukturuna yatırılan nəhəng məbləğlərin gəlirlilik baxımından özünü doğruldub-doğrultmayacağı ilə bağlı suallar qaldırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
48 d. əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
54 d. əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
-
1 saat əvvəl
Trampdan İran müharibəsi ilə bağlı mühüm mesaj: “Çox sürətlə başa çatacaq”
-
1 saat əvvəl
Samsung tarixinin ən böyük rüblük mənfəətini açıqladı – 80 milyard dollar
-
1 saat əvvəl
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
-
1 saat əvvəl
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı
-
1 saat əvvəl
Levi Strauss mənfəət proqnozunu artırıb, gəlir gözləntisini isə azaldıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı
Ən çox oxunanlar
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




























