Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsi açıb: poçt, e-kommersiya və filateliya xidmətləri bir məkanda.
AzVak-mobil_resmin_ustu_31
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
iç səhifə xəbər şəkil altı (mobil)_32

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC İçərişəhərdə, Böyük Qala 55 ünvanında yerləşən yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib.

Açılış mərasimində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki, Filateliyanın İnkişafı və Sənədli İrs Proqramının rəhbəri Benjamin Combes və digər rəsmi qonaqları, eləcə də “Azərpoçt”un İdarə Heyətinin sədri v.i.e. Manaf Babayev və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud iştirak ediblər.

Yeni məkanın yaradılmasında məqsəd Bakının qədim və turistik zonası olan İçərişəhərdə şəhərimizin sakinləri ilə yanaşı, qonaqlarına da poçt xidmətlərini daha fərqli formada təqdim etməkdir. Belə ki, burada poçt istifadəçiləri üçün universal poçt xidmətləri ilə yanaşı, e-kommersiya, eləcə də filateliya məhsullarının satışı baş tutacaq.

“İçərişəhərdə yaradılan bu poçt şöbəsi poçtun yalnız xidmət infrastrukturu deyil, həm də insanları, mədəniyyəti və ölkələri birləşdirən platformadır. Azərbaycanın beynəlxalq poçt əməkdaşlığında fəal iştirakı və filateliyaya göstərdiyi diqqət təqdirəlayiqdir” deyə Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki bildirib.

Açılış zamanı qonaqlara poçt şöbəsinin fəaliyyəti və təqdim olunan xidmətlər barədə məlumat verilib, Azərbaycan filateliyasının seçilmiş nümunələri nümayiş etdirilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərpoçt İçərişəhər AZ1005 poçt şöbəsi yeni poçt şöbəsi Böyük Qala 55 AZCON Holding Ümumdünya Poçt İttifaqı Masahiko Metoki filateliya e-kommersiya poçt xidmətləri Bakı İçərişəhər poçt şöbəsi
08.10.2026 09:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19