Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb

Azərbaycan ipliyinin Rusiya bazarında payının artırılması hədəflənir. “Prime Cotton” Rusiya istehsalçıları ilə uzunmüddətli əməkdaşlıq qurmağa çalışır.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Prime Cotton" şirkəti 29 sentyabr–1 oktyabr 2026-cı il tarixlərində Moskvada keçirilən “INTERFABRIC 2026” beynəlxalq tekstil sərgisində iştirak edib. Şirkət sərgidə Azərbaycan pambığından istehsal olunan iplik məhsullarını təqdim edərək Rusiya bazarında satış imkanlarının genişləndirilməsi istiqamətində işgüzar görüşlər keçirib.

Reklam_3_11

Crocus Expo sərgi mərkəzində təşkil olunan tədbir çərçivəsində Rusiyanın iri geyim, ev tekstili və parça istehsalçıları ilə danışıqlar aparılıb. Görüşlərdə Azərbaycan ipliyindən həmin müəssisələrin istehsal proseslərində istifadənin genişləndirilməsi, potensial təchizat imkanları və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olunub.

Prime Cotton stendində şirkətin iplik çeşidləri və istehsal imkanları barədə məlumat verilib. İstehsalçılarla birbaşa ünsiyyət məhsullara olan tələbatın öyrənilməsi və yeni bazar imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyətli olub.

Sərgidən sonra işgüzar görüşlər Rusiyanın tekstil paytaxtı kimi tanınan İvanovo şəhərində davam etdirilib. Burada Prime Cotton nümayəndələri tekstil sektorunda fəaliyyət göstərən TDL, Galtex, KT və Nordex kimi şirkətlərin nümayəndələri ilə görüşüblər. Danışıqlarda Prime Cotton ipliklərindən istifadənin genişləndirilməsi və potensial əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. İvanovo görüşləri şirkətin Rusiya bazarında istehsalçılarla birbaşa əlaqələrinin inkişafı və yeni təchizat imkanlarının qiymətləndirilməsi istiqamətində səfərin davamı olub.

Prime Cotton-un Baş İcraçı Direktoru Tural Əlizadə sərgidə iştirakın əhəmiyyətini belə şərh edib:

“Azərbaycan pambığının xarici bazarlara daha yüksək əlavə dəyərli məhsul kimi çıxarılması bizim üçün strateji prioritetdir. Rusiyanın iri geyim, ev tekstili və parça istehsalçıları ilə görüşlərimiz Azərbaycan ipliyinin bu müəssisələrin təchizatında daha geniş yer tutmasına yönəlib. ‘INTERFABRIC 2026’ sərgisi məhsullarımızı birbaşa istehsalçılara təqdim etmək və onların tələbatını yaxından öyrənmək imkanı yaratdı. Məqsədimiz bu işgüzar əlaqələri uzunmüddətli təchizat əməkdaşlığına çevirmək və Rusiya bazarında davamlı ixrac artımına nail olmaqdır.”

Rusiya bazarında Azərbaycan ipliyinin tanıdılması və müştəri şəbəkəsinin genişləndirilməsi şirkətin ixrac strategiyasının əsas istiqamətlərindəndir. Prime Cotton beynəlxalq sərgilərdə iştirak və istehsalçılarla birbaşa əlaqələr vasitəsilə mövcud tərəfdaşlıqlarını inkişaf etdirməyi və yeni təchizat imkanları yaratmağı hədəfləyir.

Sərgi haqqında ətraflı video:

Qeyd edək ki, "Prime Cotton" MMC — 30 ildən artıq təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.

[email protected]

https://primecotton.az/en

Prime Cotton Azərbaycan pambığı Azərbaycan ipliyi INTERFABRIC 2026 Moskva Crocus Expo Rusiya tekstil bazarı İvanovo tekstil sənayesi iplik ixracı pambıq ixracı TDL Galtex KT Nordex Tural Əlizadə GP Cotton Holdings tekstil istehsalçıları Azərbaycan-Rusiya ticarəti ixrac imkanları təchizat əməkdaşlığı mahlıc pambıq yağı pambıq jmıxı
08.10.2026 17:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19