Avstraliya faiz dərəcəsini son 18 ilin ən yüksək səviyyəsinə qaldırdı – İnflyasiya ilə mübarizə sərtləşir
İnflyasiya Avstraliya Mərkəzi Bankını hərəkətə keçirdi – Faizlər yenidən artırıldı. Avstraliya faiz dərəcəsini 4,85%-ə qaldırdı – 2008-ci ildən bəri ən yüksək hədd. Mərkəzi Bankdan xəbərdarlıq: Avstraliyada yüksək inflyasiya 2027-ci ilin sonunadək davam edə bilər.Avstraliya Mərkəzi Bankı (RBA) inflyasiyanın yenidən sürətlənməsi fonunda əsas faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 4,85%-ə yüksəldib. Bununla da ölkədə faiz dərəcəsi 2008-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.
Marja.az xəbər verir ki, Avstraliya Mərkəzi Bankının noyabrın 3-də keçirilən iclasında qəbul edilən qərar Reuters agentliyinin sorğusunda iştirak edən iqtisadçıların gözləntilərinə uyğun olub.
Bu, Mərkəzi Bankın 2026-cı ilin əvvəlindən bəri faiz dərəcəsini beşinci dəfə artırmasıdır. Nəticədə əsas faiz dərəcəsi ilin əvvəlindən ümumilikdə 1,25 faiz bəndi yüksəlib.
Qərar yekdilliklə qəbul edilməyib. Bankın İdarə Heyətinin altı üzvü faiz dərəcəsinin 4,85%-ə qaldırılmasını dəstəkləyib, üç üzv isə onun əvvəlki 4,60% səviyyəsində saxlanılmasına səs verib.
İnflyasiya yenidən sürətlənib
Avstraliyada istehlak qiymətləri indeksi sentyabr ayında illik müqayisədə 4,3% artıb. Avqustda bu göstərici 4% təşkil edirdi.
Beləliklə, illik inflyasiya mart ayından bəri ən yüksək səviyyəyə çatıb.
Mərkəzi Bankın açıqlamasında bildirilir ki, inflyasiya təzyiqləri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir və qiymət artımları əvvəlki proqnozlardan daha davamlı xarakter alıb.
İnflyasiyanın sürətlənməsinin əsas səbəbləri arasında yanacaq və digər xammal məhsullarının bahalaşması, daxili tələbin təsiri və istehsal gücləri üzərində təzyiqlər göstərilir.
Bundan əlavə, süni intellekt texnologiyalarına yatırımların artması texnoloji məhsulların qiymətlərinin yüksəlməsinə səbəb olur.
İnflyasiyanın hədəfə qayıtması gecikir
Avstraliya Mərkəzi Bankı inflyasiya ilə bağlı proqnozlarını da pisləşdirib.
Yenilənmiş proqnozlara əsasən, inflyasiyanın 2027-ci ilin böyük hissəsində yüksək səviyyədə qalacağı gözlənilir.
İstehlak qiymətlərinin illik artım tempinin Mərkəzi Bankın müəyyən etdiyi 2–3%-lik hədəf intervalına yalnız 2027-ci ilin sonlarında qayıdacağı proqnozlaşdırılır.
Bu, əvvəlki proqnozla müqayisədə təxminən üç rüb gecikmə deməkdir.
Mərkəzi Bank hesab edir ki, Yaxın Şərqdə davam edən münaqişənin enerji qiymətlərinə təsiri və yüksək istehsal xərclərinin digər məhsul və xidmətlərin qiymətlərinə ötürülməsi inflyasiya risklərini artırır.
İqtisadi artım zəifləyir
Faiz dərəcələrinin artırılması Avstraliya iqtisadiyyatında artım tempinin zəiflədiyi bir dövrə təsadüf edir.
Ölkənin ümumi daxili məhsulu 2026-cı ilin ikinci rübündə illik müqayisədə 2,1% artıb. Birinci rübdə isə iqtisadi artım 2,5% təşkil etmişdi.
Yüksək kredit faizləri və yaşayış xərclərinin artması ev təsərrüfatlarının xərclərinə mənfi təsir göstərir.
Mərkəzi Bank qeyd edir ki, ilin əvvəlindən həyata keçirilən sərt pul siyasəti maliyyə şərtlərini məhdudlaşdırıb, mənzil qiymətləri əhəmiyyətli dərəcədə azalıb və işsizlik səviyyəsi yüksəlib.
Bankın proqnozlarına görə, iqtisadi artımın qarşıdakı ildə daha da zəifləməsi gözlənilir.
Mərkəzi Bank resessiya gözləmir
Avstraliya Mərkəzi Bankının rəhbəri Mişel Bullok (Michele Bullock) daha əvvəl bildirmişdi ki, ölkədə inflyasiya həddindən artıq yüksəkdir və qiymət artımlarının nəzarət altına alınması üçün əlavə tədbirlər zəruri ola bilər.
Onun sözlərinə görə, inflyasiya risklərinin reallaşdığına dair əlamətlər müşahidə olunur.
Bullok faiz dərəcələrinin əlavə artırılmasının mümkünlüyünü istisna etməsə də, Avstraliya iqtisadiyyatının resessiyaya daxil olmasının Mərkəzi Bankın əsas proqnozu olmadığını bildirib.
Mərkəzi Bankın qarşısında duran əsas vəzifə inflyasiyanı hədəf intervalına qaytarmaqla yanaşı, yüksək borclanma xərclərinin iqtisadi fəallığa və məşğulluğa mənfi təsirini məhdudlaşdırmaqdır.
Noyabr qərarından sonra diqqət növbəti aylarda açıqlanacaq inflyasiya, məşğulluq və iqtisadi artım göstəricilərinə yönələcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























