Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
Azərbaycanda pensiyalara 8,7 milyard manata yaxın vəsait ayrılacaq. Azərbaycanda orta aylıq pensiya 639 manata çatacaq – Yeni proqnoz. Yaşa görə orta pensiya 680 manat olacaq – 2027-ci ilin rəqəmləri.Prezident cənab İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər növbəti ildə də davam etdiriləcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2027-cı il üçün büdcə layihələri barədə məlumat verərkən bildirib.
Nazir vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının 8-ci Qurultayında dövlətimizin başçısı tərəfindən verilmiş tapşırığa uyğun olaraq, əməkhaqqı və sosial ödənişlərin artırılması məqsədilə növbəti – 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradılıb.
Anar Əliyev 2027-ci ildə də dövlət və icmal büdcələrin sosial yönümlüyünü saxlayacağını qeyd edib. O bildirib ki, 2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin 1,6 milyard manat və ya 9,2 faiz çox olmaqla 18,7 milyard manat təşkil etməsi nəzərdə tutulur. Bu xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin 44,2 faizə yüksələcəyi gözlənilir. Gələn ilin dövlət büdcəsində sosial xərclərin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin isə 4 milyard 914 milyon manat həcmində olması proqnozlaşdırılır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Nazir 2027-ci il üzrə dövlət büdcəsi layihəsində müavinət, təqaüd və kompensasiyalar istiqaməti üzrə ümumilikdə 2 milyard 200 milyon manat vəsaitin proqnozlaşdırıldığını deyib. O bildirib ki, növbəti il ərzində aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımı üzrə 470 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn ilki gəlir və xərcləri barədə məlumat verən Anar Əliyev diqqətə çatdırıb ki, DSMF-nin 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat nəzərdə tutulur. Bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çoxdur. Fondun gələn ilki ümumi xərclərinin isə 9 milyard 273 milyon manat olması proqnozlaşdırılır. Bu da DSMF-nin 2026-cı il üzrə təsdiq olunmuş xərclərindən 789,5 milyon manat və ya 9,3 faiz çoxdur.
Gələn il Fondun xərclərinin 96,5 faizinin və ya 8 milyard 950 milyon manatının əhaliyə ödənişlərin payına düşəcəyini qeyd edən nazir bu göstəricinin 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çox olduğunu vurğulayıb.
O bildirib ki, 2027-ci ildə DSMF-nin xərclərinin 8 milyard 669 milyon manatının pensiyaların, 280,6 milyon manatının isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşəcəyi proqnoz edilir. Növbəti ildə pensiyaların orta aylıq məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat, gələn ilin orta aylıq əməkhaqqına nisbətdə isə 50 faiz, yaşa görə pensiyanın orta aylıq əməkhaqqına nisbətdə isə 53 faiz olması proqnozlaşdırılır.
Anar Əliyev 2027-ci ildə İşsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasının gözlənildiyini deyib. Nazir bildirib ki, onlardan 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır.
Növbəti il ərzində Nazirlik tərəfindən imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları da davam etdiriləcək. Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2027-ci il ərzində 600 mənzilin alınması üçün 40 milyon manat, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, habelə əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün isə 30 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























