Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır

“Kəpəz” BOKT istiqrazlarla 6 milyon manat cəlb etməyi planlaşdırır
AzVak-mobil_resmin_ustu_31
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Kəpəz Bank Olmayan Kredit Təşkilatı” MMC ümumi nominal dəyəri 6 milyon manat olan istiqrazların buraxılmasını nəzərdə tutur.

Marja.az təşkilatın baza emissiya prospektinə istinadən xəbər verir ki, təklif hər birinin nominal dəyəri 100 manat olan 60 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazı əhatə edir.

Faizlər hər ay ödəniləcək

Prospektə əsasən, istiqrazların illik faiz dərəcəsi və tədavül müddəti hər buraxılış üzrə yekun şərtlərlə müəyyən ediləcək. Faizlərin ayda bir dəfə, əsas borcun isə tədavül müddətinin sonunda ödənilməsi nəzərdə tutulur.

İstiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə biləcəklər. Qiymətli kağızlar təmin edilməmiş formada buraxılacaq və onların kredit reytinqi yoxdur.

Yerləşdirmə Bakı Fond Birjasında nəzərdə tutulur

İstiqrazların Bakı Fond Birjasının ticarət platformasında abunə yazılışı formasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi planlaşdırılır.

Emissiyada “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC öhdəlik götürmədən anderrayter qismində iştirak edir. Bu, anderrayterin satılmayan istiqrazları almaq öhdəliyi daşımadığını bildirir.

Abunə yazılışının başlanma və bitmə tarixləri, eləcə də yerləşdirmə tarixləri hər buraxılış üzrə ayrıca açıqlanacaq. Təqdim edilən baza prospektində konkret satış tarixi göstərilmir.

Vəsait kreditləşmənin genişləndirilməsinə yönəldiləcək

Prospektdə bildirilir ki, təşkilat kredit məhsullarına tələbin artması fonunda daha sərfəli şərtlərlə vəsait cəlb etməyi, əhalinin kredit tələbatını qarşılamağı və bazardakı mövqeyini gücləndirməyi nəzərdə tutur. Təklifin məqsədləri sırasında mənfəət gətirəcək layihələrə yatırım da göstərilir.

Yarımillik mənfəət 4,9 dəfəyə yaxın artıb

Prospektdəki audit edilməmiş müqayisəli məlumatlara görə, “Kəpəz” BOKT-nin 2026-cı ilin ilk altı ayı üzrə xalis mənfəəti 2 milyon 160 min 240 manat olub. Əvvəlki ilin eyni dövründə bu göstərici 444 min 740 manat təşkil edib. Beləliklə, xalis mənfəət 1 milyon 715 min 500 manat və ya 385,7 faiz artıb.

2026-cı ilin iyunun sonuna təşkilatın aktivləri ötən ilin eyni tarixi ilə müqayisədə 4 milyon 996 min 610 manat və ya 41,7 faiz artaraq 16 milyon 985 min 610 manata çatıb.

Kredit portfeli isə 12 milyon 73 min 640 manatdan 15 milyon 670 min 800 manata yüksəlib. Bu, 3 milyon 597 min 160 manat və ya 29,8 faiz artım deməkdir.

Eyni müqayisədə öhdəliklər 3 milyon 243 min 940 manat və ya 49,8 faiz artaraq 9 milyon 761 min 710 manat, kapital isə 1 milyon 750 min 670 manat və ya 32 faiz artaraq 7 milyon 221 min 900 manat olub.

Prospektə əsasən, “Kəpəz” BOKT-nin iştirak paylarının 100 faizi Əliyev Əbülfəz Əlihəsən oğluna məxsusdur. Təşkilatın direktoru Əliyev Rəşad Əbülfəz oğludur.

Kəpəz BOKT Kəpəz istiqrazları istiqraz buraxılışı baza emissiya prospekti Bakı Fond Birjası PAŞA Kapital korporativ istiqrazlar kredit portfeli bank olmayan kredit təşkilatı
06.11.2026 16:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19