Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Azər Türk Bank şəhid əməkdaşı Rauf Əliyevin adını filialında yaşadacaq. Proqramçı idi, könüllü cəbhəyə getdi və şəhid oldu – İndi bank filialı onun adını daşıyır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir.

Xalqımız bu döyüşlərdə qəhrəmanlıqla həlak olan oğullarımızın ruhu qarşısında baş əyir və daim onların xatirələrini ehtiramla yad edir.

Bu günlərdə dövlət bankı Azər-Türk Bankın Müşahidə Şurası Bankın filialına Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin adının verilməsi barədə qərar qəbul edib.

Bakının Asif Məhərrəmov küçəsi, 99 ünvanda yerləşən filialı bundan sonra “Şəhid Rauf Əliyev” adına filial kimi fəaliyyət göstərəcək.

Bununla bağlı təşkil edilən mərasimdə Bankın rəhbər heyəti və əməkdaşları, o cümlədən, Rauf Əliyevin valideynləri iştirak ediblər.

“Bu gün Rəqəmsal filialımıza həmkarımız Şəhid Rauf Əliyevin adının verilməsi təsadüfi seçim deyil. Rauf bizim informasiya texnologiyaları üzrə peşəkar mütəxəssisimiz idi. Bu məkan da yeniliyin, inkişafın və gələcəyin simvoludur. İstəyirik burada çalışan hər bir əməkdaş, bu filiala üz tutan hər bir şəxs Raufun adını görsün, onun həyat hekayəsi ilə tanış olsun və Vətən qarşısında borcunu şərəflə yerinə yetirmiş bir gəncin xatirəsini yad etsin. Bu həm də dövlətimizin şəhid ailələrinə qayğısının bir nümunəsidir”, - deyə Bankın İdarə Heyətiinin sədri Günel Nəbiyeva tədbir iştirakçıları qarşısında öz çıxışında bildirib.

Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, şəkli önünə gül dəstələri düzülüb. Tədbirdə Şəhid Rauf Əliyevin valideynləri Səxavət Əliyev və Xavər Əliyeva oğullarının keçdiyi zəfər yolu barədə məlumat veriblər.

Göstərdiyi şücaətə görə igid əsgərimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ölkə Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında Şəhid olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncamına əsasən döyüş zamanı şəhid olmuş "Azər-Türk Bank" ASC-nin əməkdaşı Rauf Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

Qeyd edək ki, Rauf Əliyev 4 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, orta təhsilini Bakı şəhərində almış, daha sonra Azərbaycan Texniki Universitetində “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə ali təhsilini tamamlayıb.

Tələbəlik illərindən etibarən informasiya texnologiyaları sahəsinə böyük maraq göstərib, proqramlaşdırma üzrə bilik və bacarıqlarını daim inkişaf etdirib, bir sıra beynəlxalq sertifikatlar əldə edib və xaricdə peşəkar təlimlərdə iştirak edib.

2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Aprel döyüşlərində iştirak edib. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirərək 28 avqust 2018-ci il tarixində Azər Türk Bankın İnformasiya Texnologiyaları Departamentinin Proqram Təminatı Şöbəsində mühəndis vəzifəsində işə başlayıb. Daha sonra mühəndis-proqramçı və aparıcı mühəndis-proqramçı vəzifələrində fəaliyyətini davam etdirib.

2020-ci ildə Vətən müharibəsi başladıqda könüllü olaraq cəbhəyə yollanaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına mübarizə aparıb. O, 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaqdır!

Azər Türk Bank Azər-Türk Bank ASC Rauf Əliyev şəhid Rauf Əliyev Şəhid Rauf Əliyev filialı Azər Türk Bank filialı Günel Nəbiyeva Zəfər Günü Vətən müharibəsi bankın şəhid əməkdaşı Hadrut döyüşləri Azərbaycan Texniki Universiteti şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Asif Məhərrəmov küçəsi rəqəmsal bank filialı.
06.11.2026 17:42
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19