Azərbaycanın da üzv olduğu investisiya fonduna yeni prezident seçilib
6 ölkənin ortaq investisiya fonduna yeni rəhbər təyin olundu. Bağdad Amreyevin yerinə yeni prezident seçildi – Türk İnvestisiya Fondunda dəyişiklikTürk İnvestisiya Fondunun İdarəçilər Şurası Qırğızıstanın təcrübəli diplomatı Kubanıçbek Ömüralıyevi Fondun yeni prezidenti seçib.
Marja.az Türk İnvestisiya Fondunun 12 noyabr 2026-cı il tarixli rəsmi press-relizinə istinadən xəbər verir ki, qərar Fondun ali idarəetmə orqanı olan İdarəçilər Şurası tərəfindən yekdilliklə qəbul edilib.
İstanbulda keçirilən seçkidə Fondun altı üzv dövləti – Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan təmsil olunub.
Kubanıçbek Ömüralıyev bu vəzifədə Türk İnvestisiya Fondunun ilk prezidenti Bağdad Amreyevi əvəz edib. Amreyevin səlahiyyət müddəti 11 noyabr 2026-cı ildə başa çatıb.
Yeni prezident noyabrın 12-dən vəzifəsinin icrasına başlayıb.
Yeni prezident kimdir?
Kubanıçbek Ömüralıyev diplomatiya və regional əməkdaşlıq sahəsində geniş təcrübəyə malikdir. O, 2022-ci ilin noyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə təşkilatın Baş katibi təyin edilib. Diplomatik fəaliyyəti dövründə Qırğızıstanın Türkiyədəki səfiri, həmçinin ölkəsinin Müstəqil Dövlətlər Birliyi yanında daimi nümayəndəsi vəzifələrində çalışıb.
Fondun fəaliyyətində əsas prioritetlər
Rəsmi məlumata görə, Kubanıçbek Ömüralıyevin rəhbərliyi dövründə Türk İnvestisiya Fondu üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafını dəstəkləməyə davam edəcək. Fondun əsas fəaliyyət istiqamətləri regional əlaqələrin gücləndirilməsinə, sərhədlərarası ticarət və investisiya imkanlarının genişləndirilməsinə, eləcə də dayanıqlı inkişafın təşviqinə yönəlmiş layihələrin maliyyələşdirilməsini əhatə edəcək.
Fondun məqsədi üzv dövlətlər arasında iqtisadi inteqrasiyanı dərinləşdirməyə və qarşılıqlı investisiya əlaqələrini genişləndirməyə töhfə verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























