PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçirilib
Azərbaycanda tikinti layihələrinin maliyyələşdirilməsi, tikintinin tamamlanmasına təminat mexanizmləri, alıcıların hüquqlarının qorunması və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi müzakirə olunub.5 noyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçirilib. AIREX daşınmaz əmlak sərgisi çərçivəsində təşkil olunan tədbir tikinti və daşınmaz əmlak sektorunun nümayəndələrini, dövlət qurumlarını, maliyyə institutlarını və sahə üzrə mütəxəssisləri bir araya gətirib.
“Məsuliyyətlə qur. Etibarla tamamla.” şüarı altında keçirilən sammitdə tikinti sektorunun inkişafına təsir göstərən aktual məsələlər, mövcud çətinliklər və onların həlli istiqamətində mümkün yanaşmalar müzakirə olunub.
Sammitin açılışında PMD Projects-in direktoru Nəriman Topçibaşev çıxış edərək tikinti sektorunda məsuliyyətli yanaşmanın, şəffaf idarəetmənin və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O, həmçinin dayanıqlı tikinti prinsiplərinin tətbiqinin yalnız ayrı-ayrı layihələrin deyil, bütövlükdə sektorun uzunmüddətli inkişafı baxımından vacibliyinə diqqət çəkib.
Sammit çərçivəsində iki əsas panel müzakirəsi keçirilib.
“Tullantıdan resursa” adlı birinci paneldə tikinti və söküntü tullantılarının idarə olunması, təkrar emal imkanları və yararlı materialların iqtisadi dövriyyəyə qaytarılması məsələləri müzakirə olunub.
PMD Projects-in Keyfiyyət və SƏTƏM şöbəsinin müdiri Elgün Səfiyarovun moderatorluq etdiyi paneldə Təmiz Şəhər-in İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təbiətdən istifadə şöbəsinin sektor müdiri Mehman Nabiyev, Smart Waste-in direktoru Süleyman Əliyev, PASHA Property Management-in landşaft üzrə rəhbəri Zəhra Əliyev və Holcim Azərbaycan ASC-nin Geocycle Manager-i Rəşad Osmanov çıxış ediblər.
Müzakirələr zamanı tullantıların hərəkətinin izlənilməsi, çeşidlənməsi və təkrar emala yönəldilməsi, bu sahədə nəzarət mexanizmlərinin tətbiqi, eləcə də təkrar emal edilmiş materialların tikinti sektorunda istifadəsinin genişləndirilməsi məsələlərinə toxunulub.
“Bünövrədən çıxarışa” adlı ikinci panel tikinti layihələrinin maliyyələşdirilməsi, tikintinin vaxtında tamamlanması, alıcıların hüquqlarının qorunması və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məsələlərinə həsr olunub.
PMD Group-un Hüquq şöbəsinin müdiri Elxan Əliyevin moderatorluq etdiyi paneldə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov və İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini Ramil Tahirov iştirak ediblər.
Müzakirələrdə tikinti layihələrinin ilkin mərhələlərində maliyyələşmə imkanları, tikintisi başa çatmamış layihələrdə alıcıların hüquqlarının qorunması, mülkiyyət hüquqlarının daha erkən mərhələdə rəsmiləşdirilməsi və layihələrin tamamlanmasına təminat verən mexanizmlər nəzərdən keçirilib. Həmçinin dövlət qeydiyyatı və sənədləşmə proseslərinin təkmilləşdirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və beynəlxalq təcrübənin yerli bazarda tətbiqi imkanları müzakirə olunub.
Hər iki panel tikinti sektorunda mövcud proseslərin təkmilləşdirilməsi, praktiki həllərin müəyyənləşdirilməsi və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bir daha ön plana çıxarıb.
Tədbir çərçivəsində PMD Projects tərəfindən hazırlanmış “Layihə rəhbərinin əl kitabı” adlı nəşr də təqdim olunub. Kitabın təqdimatı layihə idarəetməsi sahəsində bilik və təcrübənin paylaşılması baxımından sammitin proqramına əlavə töhfə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























