"Kristal" və “Geberit” arasında əməkdaşlıq memorandumu imzalandı
“Kristal”ın mənzilləri İsveçrə istehsalı sanitar-texniki sistemlərlə təchiz olunacaq - Yeni memorandum"Kristal" ilə İsveçrənin tanınmış sanitar-texniki sistemlər istehsalçısı “Geberit” arasında əməkdaşlıq memorandumu imzalanıb. Yeni tərəfdaşlıq çərçivəsində “Geberit”in mühəndislik və sanitar həllərinin "Kristal"ın şəhər layihələrində tətbiqi nəzərdə tutulur.
Əməkdaşlığa əsasən, "Kristal"ın şəhər layihələrindəki tam təmirli mənzillərdə “Geberit”in gizli unitaz çənləri, unitaz sistemləri, su axıtma düymələri, su və kanalizasiya boruları, eləcə də duş drenaj sistemlərindən istifadə olunacaq.
Avropanın sanitar-texniki avadanlıqlar sahəsində tanınmış istehsalçılarından olan “Geberit” funksionallıq, müasir texnologiya və uzunmüddətli istismar prinsiplərinə əsaslanan həlləri ilə seçilir. Brendin məhsulları yaşayış məkanlarında həm estetik görünüşün, həm də mühəndislik sistemlərinin etibarlılığının təmin edilməsinə yönəlib.
"Kristal"ın yaşayış layihələrində təmir keyfiyyəti əsas prioritetlərdən biridir. Şirkət mənzillərin həm estetik görünüşünə, həm də uzunmüddətli istifadəsinə xüsusi diqqət yetirərək dünyanın tanınmış istehsalçılarının məhsullarına üstünlük verir. Bu istiqamətdə HARO, GEWISS, Prysmian Group, Zambaiti Parati, GROHE, Hansgrohe, Florim və Infinity kimi beynəlxalq brendlərlə əməkdaşlıq və onların məhsullarından istifadə mühüm yer tutur. “Geberit” ilə imzalanan yeni memorandum isə bu yanaşmanın davamı olaraq, "Kristal"ın tam təmirli mənzillərində sanitar-texniki və mühəndislik sistemlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edəcək.
Bu tərəfdaşlıq "Kristal"ın şəhər layihələrində tam təmirli mənzillərin texniki təchizatının təkmilləşdirilməsinə və sakinlər üçün daha funksional, etibarlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək.
Ətraflı: *1544
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























